Onlayn ictimai-siyasi qəzet
SSRİ Xalq artisti Sofiya Rotaru iki ildən artıqdır ki, ictimaiyyət qarşısına çıxmır.
Uzun müddətdir müğənnilik fəaliyyətini dayandıran və tənha, hamıdan uzaq həyat yaşayan 77 yaşlı ifaçının İtaliyaya köçməsi, orada villa alması barədə şayiələr yayılıb.
İndi müğənni gözlənilmədən Kiyevdə görüntülənib. Rotaru sosial şəbəkələrdə ərinin məzarını ziyarət etməyə gəldiyini elan edərək özünü xatırlatmaq qərarına gəlib.
Onun musiqiçi həyat yoldaşı Anatoli Evdokimov 2002-ci ildə vəfat edib. Rotarunun həyat yoldaşı Kiyevdə dəfn edilib. O vaxtdan bəri sənətçi hər il onun ölüm günündə qəbiristanlığa yollanır.
O, səhifəsində yerləşdirdiyi fotoya “Yeganə” şərhini yazıb.
Qeyd edək ki, ailə dostları Rotarunun Ukraynanı oğlu Ruslan Evdokimov və nəvəsi Anatoli ilə baş verən yüksək qalmaqala görə tərk etdiyini söyləyib. 2022-ci ilin martında müğənninin oğlu və nəvəsi səfərbərliyin qızğın vaxtında ölkəni tərk etmək istəyərkən Ukrayna-Moldova sərhədində saxlanılıb. Ruslan və Anatoli Moldovaya keçmək üçün qayıqla Mogilev-Podolskidə Ukrayna sərhədini qanunsuz keçməyə cəhd ediblər. İndi oğlu, Rotaru vəgəlini Svetlana İtaliyada yaşayır. Müğənninin nəvəsi Anatoli ABŞ-yə köçüb. Müğənninin nəvəsi Sofiya da orada məskunlaşıb. (Axşam.az)
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ