İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı Aysel ağır xəstəliklə mübarizədə dəstək istəyir

Aysel Həsənli 14 yaşındadır. Anadangəlmə serebral iflicdən əziyyət çəkir. Şəxsi sosial media hesabında müalicə prosesinin bütün mərhələlərindən paylaşımlar edir:
“Əvvəllər bu pilləkənin ikisini qalxıb ağlayırdım ki, qalxa bilmirəm, anam qucağına alıb düşürürdü məni, amma indi heç yorulmadan, qorxmadan qalxıb düşürəm və çox sevinirəm”.
Bir başqa statusunda isə qeyd edir: “Sizə gözəl xəbərlərim var. Bunun adı vertikaldır əvvəllər burada məni bərk-bərk bağlayırdılar iki remenlə, amma indi elə-belə boş bağlanmışam və topla oynayırıq. Qorxularıma qalib gəlirəm, özümə inamım artıb. Sabah başqa sevindirici şəkillərim də olacaq,inşallah.Bunlar hamısı sizlərin həm maddi, həm də mənəvi dəstəyi nəticəsindədir .Çox, çox sağ olun”.
Ayselin anası İlhamə Həsənova “Yeni Müsavat”a bildirdi ki, qızı 8 aylıq anadan olub: “İlk əməliyyatı 3 yaşında olub. O zaman dabanları yerə dəymirdi. Həkimlər bizi əmin etdilər ki, əməliyyatdan sonra dabanları yerə dəyəcək. Lakin əməliyyat düzgün yerinə yetirilmədiyinə görə dabanları yerə dəysə də, dizləri büküldü. Məsləhət gördülər ki, bəlkə fizioterapiya ilə düzəldi. Mütəmadi fizioterapiyaya getsə də, xeyri olmadı. Keçən ilin aprel ayında ikinci dəfə əməliyyat olundu. Dizləri açıldı. Lakin reabilitasiya düzgün aparılmadığına görə uşağın dizləri yenidən büküldü. Hazırda fizioterapiya müalicəsi davam edir. Cüzi olsa da, inkişaf var. Əvvəllər pilləkənin ikinci pilləsini belə çıxa bilmirdi. İndi isə özünün əzmi və həkimlərinin səyi nəticəsində səhhətində xeyli irəliləyiş var. Pilləkənləri özü çıxır, düşür. Əlini buraxdıqda bir neçə addım atır. Parka gedəndə arabadan, gəzmək istəyəndə isə yerimə stulunu istifadə edir”.

Aysel hər gün fizioterapiyaya gedir. Əməliyyat keçirməsi, davamlı müalicələrlə əlaqədar təhsildən bir qədər geri qalsa da, o ali təhsil almaq istəyir. Hələ peşə seçimində qəti qərar gəlməsə də ümid edirik ki, Aysel bu arzusuna çatacaq.
Qeyd olunan bank hesabı Ayselin anası İlhamə Həsənovaya məxsusdur. İmkanı olan şəxslərdən gənc xanıma dəstək olmalarını rica edirik. Habelə. Ümid edirik ki, müvafiq dövlət səhiyyə qurumları da biganə qalmayacaq.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

293309809_501493428443975_2431739144903424590_n (1).jpg (231 KB)

297723910_390712943133274_3413045572239004915_n.jpg (68 KB)

275116997_419843063275679_9025981680653216690_n.jpg (197 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR