İnsanlara hürriyət, millətlərə istiqlal!

12 yaşlı qızı zorlayıb fahişəliyə məcbur etdilər, sonra isə... - DƏHŞƏTLİ HADİSƏ

Ötən ilin oktyabrında Yunanıstanda təcavüzə məruz qalaraq fahişəliyə məcbur edilən 12 yaşlı qız bu dəfə evdə bıçaqlı hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, vəkil Aspasia Tarahopulu Yunanıstanın dövlət televiziyası ERT-ə açıqlamasında qızın daha əvvəl 4-5 dəfə təhdid edildiyini, dünən isə kiminsə onun yaşadığı evə soxulmağa çalışdığını və əlindəki bıçaqla ona xəsarət yetirdiyini bildirib.

Uşağın yaşadığı evin pəncərəsinin bir neçə gün əvvəl daş atılaraq sındırıldığını bildirən Tarahopulu deyib ki, qızcığaz üçün heç bir müdafiə tədbiri görülməyib.

Təhqiqatın psixoloqun dəstəyi ilə uşağın ifadələri əsasında davam etdiyini bildirən vəkil dosyedə kiçik qızın anası da daxil olmaqla 20 nəfərə qarşı ittihamlar irəli sürdüyünü qeyd edib.

Ana müxalifət partiyası Radikal Sol Alyansın (SYRIZA) Kommunikasiya Strategiyası Mütəxəssisi Nasos İliopoulos ANT1 televiziyasına deyib ki, "Dövlət belə ciddi bir işdə zorakılığa məruz qalan qurbanı qoruya bilmirsə, zorakılığa məruz qalanlara mesaj nədir? Əgər dövlət müdafiə edə bilmirsə, qurbanlar necə danışacaq?"

Qeyd edək ki, ötən ilin oktyabrında Yunanıstan Polis Xidməti 12 yaşlı qıza təcavüz etməkdə ittiham edilərək həbs edilən 53 yaşlı şübhəli həbs edib. Cinayətkar öz təcavüz etdiyi uşağa təcavüz etmək istəyən başqa insanlarla onlayn sövdələşmədə ittiham olunurdu. Şübhəlinin evində və iş yerində aparılan araşdırma zamanı 2 tapança, 572 patron, 21 bıçaq və bir süngü götürülüb. Həmin şəxsin siyasətçilər, polis və din xadimləri ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşması diqqət çəkib. İstintaq çərçivəsində 12 yaşlı qızın ifadəsi əsasında çox sayda adam azyaşlı ilə cinsi əlaqədə olmaqda ittiham edilib və saxlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR