İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən məmur almalıyıq

Deyir, İsrail bizə taxıl yetişdirmək üçün yeni texnologiyaları verəcəkdir. Nəticədə ölkəmizin Rusiyadan taxıl asılılığı bir qədər azalacaqdır.

Əlbəttə, İsrailin kənd təsərrüfatı sahəsində unikal, az qala möcüzə kimi təcrübəsi var. Quru səhranın ortasında cənnət düzəldiblər, özlərinə hər cür ərzaq istehsal edirlər. Mənim yadımda gəlir, bir neçə il qabaq İsrail mütəxəssisləri Bakı ətrafındakı kənddə çiyələk yetişdirməyi də camaata öyrədirdilər, doğrusu axırı necə oldu, xəbərim yoxdur. Ancaq ondan xəbərim var ki, piştaxta və bazarlarımız həm baha, həm ağac dadı verən çiyələklə doludur.

Pomidorun bahalığını da keçən il fermerlərin ziyana düşməsinin belinə şəllədilər. Guya Rusiya bizim pomidora qadağa qoyub, nəticədə ötən il fermerlər dəhşət ziyana düşüb, məhsulu qəpik-quruşa satıblar, o üzdən bu il pomidor əkən olmamışdır. Sahibkarın çoxusu istixanaları söküb hətta.

Buna inanmaq olardı, lakin sual vermək işimizdir. Bu suallardan birincisi isə odur ki, söhbət hansı sahibkarlardan gedir? Bu adamların adı, familiyası yoxdurmu? Yoxdur. Çünki aqrar sektor da bütün başqa iqtisadi sahələr kimi gizli iqtisadiyyatın əhatəsindədir, o gizli iqtisadiyyatın başında isə məmurlar və dövlət qulluqçuları durur. Cəlilabada tərəflərdə günə 10 manata çiyələk yetişdirən zəhmətkeşlərin şikayəti var, qul əməyi ilə məşğuldurlar. Deyəsən bunu parlamentdə hansısa deputat səsləndirmişdi. Deyir, çiyələyin kilosunu 10 manata satan sahibkar bədbəxt kəndlini günü 10 manata işlədir, bu açıq-aşkar qul əməyidir. Ancaq o deputat özü də onu təyin eləyən sistemin quludur. Bizdə qul olmayan çox az adam var. Guya dövlət qulluqçuları bizə xidmət eləməlidir, biz dövlət olaraq o qulluqçuların qapısında işləyirik. Hər şey tərsə-məzhəb düşüb.

Keçən yay Pirşağı tərəfdə çox zırpı bir istilikxananın yanından taksidə keçirdim. Sürücü onun yiyəsinin adını çəkdi: keçmiş universitet rektoru, deputat-zad olmuş mənasız bir tipdən söhbət gedirdi. Sürücü dedi ki, o adam üstəlik çox ləyaqətsizlik edir, hər axşam parnikdən çıxan işçiləri kişi-qadın demədən soyundurub yoxlatdırır ki, birdən paltarlarının altında bir-iki pomidor-xiyar gizlədib apararlar.

Rusiya temasına qayıtsaq, ölkədə guya Kənd Təsərrüfatı Nazirliyi var. Ancaq o nazirliyin vaxtaşırı quzuları qucağına alıb kameralara poz verən şefindən niyə soruşan olmur ki, keçən ilə nisbətdə bu il pomidoru nədən az əkmişik? Nə üçün vaxtında Rusiya bazarlarına alternativ bazarlar axtarılmayıb? Daxili bazara mal çıxarmaq niyə kəndli üçün sərfəli deyil?

Ötən illərdə Bakı yaxınlığında dövlətin böyük kreditləri, maliyyəsi, yardımı ilə ucsuz-bucaqsız pomidor parnikləri açılmışdı. Ən yuxarı səviyyədə onların lenti kəsilmişdi. Bəs bu parniklərin məhsulu hanı? Niyə bazara təsir göstərmir?

Təbii, günahı Rusiyanın, beynəlxalq şəraitin, dünya bazarında inflyasiyanın, nə bilim, yağışın-buludun üstünə yıxıb keçmək olar. Ancaq xalqın güzəranı bu kimi şeylərdən asılı olacaqsa, o zaman yerli məmurları və dövlət qulluqçularını nə üçün saxlayırıq? Elə, məsəl üçün, Vladivostokun, Norilskin merini seçək. Yaxud, keçmişdəki kimi yağış duası eləyək, pirə gedib pomidorun ucuzlaşması üçün nəzir verək, mollaya dua yazdıraq - Gədəbəydə təzə kartof vaxtında çıxsın.

İsrail yaxşı olar bizə məmur da göndərsin. Düzgün işləyən, bazar iqtisadiyyatına əsaslanan şərait yaratmağımıza kömək eləsinlər. O zaman çörəyimiz bol olacaq.

Ancaq bu bəxt ki, bizdə var, qorxuram xaricdən alınan bütün məmurlar da yalnız dingildəyib-oynamaqla məşğul olsun. Göz gördüyündən qorxar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024