Onlayn ictimai-siyasi qəzet
Ukraynadakı korrupsiya haqqında Avropa İttifaqında ölkəyə namizəd- dövlət statusu verilərkən də danışılmışdı.
Üstəlik, bu, heç də birinci dəfə deyildi. Hələ ABŞ-ın keçmiş prezidenti Donald Tramp NATO-nun sammitlərində bu haqda açıq şəkildə, ucadan danışırdı.
Ona görə də bu gün Rusiyanın bu mövzuda danışması tamam əsassızdır. Əlbəttə, Moskva ilk olaraq müharibə apardığı ölkəni – Ukraynanı qaralamaq məqsədi güdür. Amma bir az əvvəldə qeyd etdik ki, başqaları da bu haqda danışıb və yaxud danışmaqda davam edir. Ona görə də məsələyə ciddiliklə yanaşmaq lazımdır.
Məsələ bundadır ki, Kiyev dəhşətli müharibəyə korrupsiyadan qurtulmamış düçar oldu. Bu isə ona gətirib çıxarır ki, korrupsiyanın çirkli əlləri silah-sursata doğru uzanır və qanunsuz silah ticarəti dövriyyəsi başlayır.
Ona görə də Rusiyanın sevincini anlamaq tamam mümkündür. Bir vaxtlar ABŞ politoloqu Zbiqnev Bjezinski yazırdı ki, korrupsiya bəzi ölkələri idarə etmək üçün ən gözəl vasitədir. Ruslar isə Ukraynadakı korrupsiyaya onun təhlükəsizlik immunitetini aşağı salan, zəiflədən bir amil kimi baxırlar.
Qərb Ukrayna üçün milyardlarla dollarlıq silah-sursat tədarük edir. Lazımdır ki, bu silah-sursat etibarlı əllərdə olsun və həqiqətən də ölkənin müdafiəsinə xidmət etsin. Həm də belə güman edilir ki, Ukrayna ordusu yeni silahlar alandan sonra müharibədə də yeni mərhələ başlayacaq.
Rəsmi Kiyevin hərbi elitası da belə deyir. Bəli, onların özlərinin sözünə görə, bir-iki aydan sonra Ukrayna ordusu ruslara qarşı daha ciddi müqavimət göstərəcək.
Bacaracaqlarmı? Düşünürük ki, bəli. Bu son beş ay Rusiyanın hərbi gücü haqqındakı mifi dağıtdı. Ruslar düşünürdü ki, Ukraynanın qalan ərazilərini də Krım kimi asanlıqla işğal edəcəklər. Amma alınmadı və bu müddət ərzində onlar yalnız Luqanskı tam nəzarətə götürə bildilər. Ukrayna hərbçiləri bunu zəruri manevrləri kimi izah etdilər. Bütün hallarda, Rusiyanın öyünmək üçün elə bir əsası yoxdur – düz beş aydır ki, əlləşib-vuruşurlar, amma bir nəticə əldə edə bilmirlər...
Bəs Ukrayna necə, korrupsiyanı cilovlaya, təhlükəsizliyinə təhdid yaradan bu amilin qarşısını ala bilərmi? İstəsə, əlbəttə, ala bilər. Hazırda Ukraynada müharibə vəziyyəti, hərbi vəziyyət hökm sürür. Bu isə imkan verir ki, korrupsiyaya qarşı müharibə vəziyyətinin bütün sərtliklərindən istifadə olunsun. Əks təqdirdə Ukraynanın müdafiə qabiliyyəti nəinki sarsıla bilər, o, hətta müttəfiqlərini itirər.
Aydın məsələdir ki, Qərb dövlətləri Ukraynaya boş-boşuna hərbi yardım göstərmirlər. Onlar özləri müharibə iştirakçısı olmasalar da Ukraynanın qalib gəlməsində maraqlıdırlar. Di gəl, NATO ölkələri görsələr ki, onların göndərdikləri silah-sursat mafiyanın əlinə keçib, yardımı ya azaldacaq, ya da dayandıracaqlar.
Ona görə də Ukrayna hökuməti korrupsiya haqqında deyilənlərdən bir nəticə hasil etməlidirlər. Çünki Ukraynaya qarşı Rusiyadan savayı korrupsiya da vuruşur, özü də içəridən. Odur ki, burada ən sərt tədbirlərə ehtiyac var.
Güman ki, cəmiyyət də bu tədbirlərə anlaşıqla yanaşar. Axı onlar da korrupsionerlərin ölkəni necə məhv etdiyini sakitcə seyr edə bilməzlər...
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
20 Avqust 2024
17 Avqust 2024
13 Avqust 2024
10 Avqust 2024
06 Avqust 2024
03 Avqust 2024
30 Iyul 2024
27 Iyul 2024
23 Iyul 2024
20 Iyul 2024
16 Iyul 2024
13 Iyul 2024
09 Iyul 2024
06 Iyul 2024
02 Iyul 2024
29 Iyun 2024
25 Iyun 2024
22 Iyun 2024
17 Iyun 2024
15 Iyun 2024
08 Iyun 2024
04 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ