İnsanlara hürriyət, millətlərə istiqlal!

Tütün şirkəti xəbərdarlıq edir: “Siqaret... ziyandır” - Bəs onun alternativi nədir?

 

Dünən Qazaxıstanın paytaxtı Astanada “Technovation” adlanan tədbirdəydik. Konfransı dünyaca ünlü tütün şirkəti “Philip Morris” təşkil etmişdi.

Ancaq “Technivation” toplantısında müzakirə olunan mövzuları dinləyəndə elə zənn etmək olardı ki, bu, hansısa tütün şirkətinin təşkil etdiyi tədbir deyil, ona qarşı olan başqa bir təşkilatın “qara piar” kampaniyasıdır.

Başqa sözlə, baş tutmuş tədbiri “Philip Morris”in öz ayağına balta vurması kimi də səciyyələndirmək olardı.

Çünki toplantının tez-tez təkrarlanan bir devizi vardı: “Siqaret çəkmirsinizsə, başlamayın, çəkirsinizsə, tərgidin, tərgitmirsinizsə, dəyişin”.

Məsələ məhz bu “dəyişin”in başındadır.

Yuxarıda adı çəkilən tütün şirkəti siqaretin insan orqanizminə, onun salamlığına zərəri barədə irəli sürülən bütün mülahizələrlə razılaşır, öz araşdırmaları ilə ona qüvvət verir, siqaretin zərərlərinə dair daha dərin və hərtərəfli təsbitlər ortaya qoyur və ənənəvi tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasına dair konsepsiya irəli sürür.

Bu, bir dünya trendidir, sözügedən şirkət buna hamıdan əvvəl qoşulub.

Beynəlxalq statistika göstərir ki, hazırda dünyada 1.2 milyard siqaret aludəçisi var. Bu, o deməkdir ki, dünya əhalisinin hər yeddi sakinindən biri siqaret çəkir. Tütün istifadə edən qadınlar 6 fazidən bir az çoxdur.
Tütün məmulatlarına bu qədər hərislik ildə 7 milyon insanın ölümünə səbəb olur. Bu, dəhşətli statistikadır.

tüt-stat.JPG (40 KB)


Belə bir statistik göstərici də var ki, siqaret aludəçilərinin 55-70 faizi bu ziyanlı vərdişlərini tərgitmək istəyirlər, ancaq hansısa səbəbdən, böyük ehtimalla iradəsizlik üzündən tərgitə bilmirlər. Siqareti atanlar isə ya güclü iradə sahibləridir, ya da tibbi baxımdan artıq buna məcburdurlar. Araşdırmalar göstərib ki, siqareti tərgitənlərin 80 faizə qədəri ona yenidən qayıdır.

Ona görə də məşhur tütün şirkəti insanlara daha az zərərli məhsullar təklif edir.

Tədbirdə bu mövzuda danışan onkoloq, pulmonoloq, stomatoloq və kardioloq alimlər elmi dəlillərlə ənənəvi tütün məmulatlarının ziyanından, onların gerçəkdən də bəşər əhlinin sağlamlığına təhlükə olduğundan geniş danışdılar.

Tütün tüstüsünün ağciyər xərçəngini tətiklədiyi barədə deyilənlər havayı söhbətlər deyil. Onkoloq alim bildirdi ki, ağciyər xərçəngi daşıyanlar arasında siqaret çəkənlər o birilərdən 8 dəfə çoxdur.

Ancaq tütün tüstüsünün səbəb olduğu xəstəliklər təkcə bunlar deyil. Tütün insanda bronxial astma, kardioloji, stomatoloji problemlər və digər mərəzlər yarada bilər.

Alimlər onu da bildirdilər ki, “bir damcısı atı öldürən nikotin” barədə deyilənlər şişirdilib. Çünki özlüyündə nikotin zərərli maddə olsa da, insanlarda müxtəlif xəstəlikləri yaradan birbaşa o maddə deyil, əsasən tütünün tərkibindəki digər maddələrin, o cümlədən kağızın yanmasından əmələ gələn tüstüdür.

Ona görə də müasir dünyanın tütün məmulatlarının istehlakı üzrə yeni trendi budur ki, siqaret aludəçiləri yanan tütündən yox, qızdırılan tütündən istifadə etsələr, onların orqanizmi daha az zərər görər. Qızdırılan tütündə də nikotin var, bu da müəyyən asılılıq yaradır, amma tüstüsüz tütün məhsulları siqaret çəkməyə davam etməkdən qat-qat yaxşıdır.

Gerçəkdən də bəşər övladının ən pis iki icadından biri (digəri kütləvi qırğın silahlarıdır) olan siqaret hər il dünyada o qədər adam öldürür ki, bunu yalnız onlarca atom bombasının partlaması edə bilərdi. Sadəcə, “siqaret qırğını”nın həm səs-sədası yoxdur, həm də onun qurbanları dünyanın bütün ölkələrinin bütün şəhər, qəsəbə və kəndlərinə səpələniblər deyə, gözə görünmür.

Düzdür, bir xeyli siqaret aludəçisi tüstüsüz tütündən istifadə etdikdən sonra “ləzzət eləmir, adi siqaretin dadını vermir” deyə yenidən ənənəvi tütün məmulatlarının istifadəsinə qayıdırlar, amma düşünmək lazımdır ki, hansı daha önəmlidir: orqanizmə daha az zərər vermək, yoxsa tütün məmulatlarından onsuz da olmayan “dad”ı alaraq orqanizmi riskə atmaq?

Bu, bəşər övladının bəlasıdır. Fəqət 500 il əvvəl olduğu kimi, müasir insanlar da tütün məmulatlarının zərərlərini tam anlamırlar, ümumi şəkildə bilirlər ki, bu ziyandır, xəstəlik yaradır, amma yenə də istehlak etməkdə davam edirlər.

Tarixdə ilk dəfədir ki, tütün məmulatları satmaqdan hər il milyardlar qazan tütün şirkəti xəbərdarlıq edir və alternativ yol göstərir.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

10 Oktyabr 2025

08 Oktyabr 2025

06 Oktyabr 2025

04 Oktyabr 2025

01 Oktyabr 2025

29 Sentyabr 2025

26 Sentyabr 2025

24 Sentyabr 2025

22 Sentyabr 2025

21 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

12 Sentyabr 2025

11 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

04 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

29 Avqust 2025

27 Avqust 2025

25 Avqust 2025

23 Avqust 2025

21 Avqust 2025

19 Avqust 2025

17 Avqust 2025

15 Avqust 2025