Onlayn ictimai-siyasi qəzet
Böyük ehtimalla, Ukrayna 2030-cu ildən tez olaraq vahid Avropa məkanının bir hissəsi ola bilməyəcək – bəli, bu günlərdə Avropanın nüfuzlu strukturları bir daha belə bəyanatla çıxış etdilər. Hər dəfə belə bəyanatları eşidəndə adamın ağlından bircə sual keçir: bəs onda Rusiya Ukraynada kimə və nəyə qarşı vuruşur?
Məsələ də elə məhz bundadır. Keçmiş sovet məkanının daha bir hissəsində NATO və Avropa İttifaqı (Aİ), – bunlar Moskvanın uydurmasından başqa bir şey deyil. Bu qurumların təmsilçiləri dəfələrlə, tıkrar-təkrar bəyan edirdilər və elə indi də edirlər ki, Kiyevin və Tiflisin NATO və Aİ üzvü olması yaxın perspektivin prosesi deyildir.
Amma Kremli qarabasmalar təqib edirdi. Ona görə ki, xain xoflu olar deyiblər. Moskva Krımı işğal etmişdi, Şərqi Ukraynada münaqişə ocaqları yaratmışdı və elə bu səbəbdən xoflu idi. Rusiya prezidenti V.Putin deyirdi ki, Kiyev öz sənədləörində Krımı qaytaracağını iddia edir və guya bu, Rusiyaya qarşı təhdid yaradır.
Amma məsələ bundadır ki, Krım Ukraynanın ərazisidir və Kiyev bu məsələyə başqa münasibət bildirə bilməzdi. O, başqa bir məsələdir ki, Kreml Krımın ilhaqını gücləndirmək, onu da quru ərazisi ilə Rusiyanın qalan hissəsinə birləşdirmək istəyirdi və hazırda da buna çalışır.
Amma taleyin öz ironiyası var. Moskvanın “xüsusi əməliyyatları” dördüncü aydır ki, davam edir və hərbi ekspertlər onun illərlə çəkəcəyini iddia edirlər. Rusların tanınmış politoloqlarından biri Q.Pavlovski ilk Maydan hadisələri baş verəndə demişdi ki, o şey ki, baş verməlidir, onun qarşısını almağa dəyməz.
Baxın, guya ki, Rusiya NATO-nun Şəqrə doğru genişlənməsinin qarşısını almağa çalışır, özünün Qərb sərhədlərini möhkəmləndirməyə və gücləndirməyə cəhd edir. Amma bunun qarşılığında nə baş verir? Şimal ölkələri İsveç və Finlyandiya NATO-ya üzv olmaqçün müraciət edirlər! NATO Rusiyanın şimal sərhədlərinə bir az da yaxınlaşır! Bu nə deməkdir?
O deməkdir ki, NATO-nun genişlənməsinin qarşısını almaq mümkün deyil, çünki ən müxtəlif ölkələr NATO-ya və Aİ-a inteqrasiya olunmağa çalışırlar. O başqa bir məsələdir ki, Moskvada bunun səbəbləri haqqında düşünmürlər. Həqiqətən də, niyə görə ölkələr, xüsusən də post-sovet ölkələri inteqrasiya üçün Rusiya strukturları KTMT və Avrasiya İqtisadi Birliyini deyil, NATO-nu və Aİ-ı seçirlər? Axı əslində onlarçün Rusiya strukturları və layihələri daha cəlbedici olmalı idi - ən azı ona görə ki, bu ölkələri Rusiya ilə iki əsrlik ortaq tarix və coğrafiya birləşdirir. Sonuncu isə böyük Napoleonun təbirincə desək, həm də ortaq tale deməkdir! Amma məsələ də elə bundadır: post-sovet ölkələrinin Rusiyanı tanımaq üçün yetərincə imkanları olub...
Rusiya doxsanıncı illərdə itirdiyi əraziləri geri qaytarmağa çalışır. Onun mərəzi budur. Odur ki, gah Qazaxıstanın böyük ərazisi rusların diqqətini özünə çəkir, gah da Duma üzvləri yenidən Baltik respublikalarının tanınmasını təftiş edir, ya da “Qoymayın, NATO gəldi!” deyib suveren dövlətlərin ərazilərinə hücum edirlər. Ona görə də şox məşhur bir məsəl var ki, ayının min oyunu var, hamısı da bir almanın üstündədir...
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
20 Avqust 2024
17 Avqust 2024
13 Avqust 2024
10 Avqust 2024
06 Avqust 2024
03 Avqust 2024
30 Iyul 2024
27 Iyul 2024
23 Iyul 2024
20 Iyul 2024
16 Iyul 2024
13 Iyul 2024
09 Iyul 2024
06 Iyul 2024
02 Iyul 2024
29 Iyun 2024
25 Iyun 2024
22 Iyun 2024
17 Iyun 2024
15 Iyun 2024
08 Iyun 2024
04 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ