Onlayn ictimai-siyasi qəzet
Sovet quruluşu ilə konfliktdə olanlar üçün Mixail Qorbaçov erası bir xilas idi. Mən təkcə milli planlar quran Baltik respublikalarını və onların qərbpərəst ziyalılarını demirəm. Məsələn, xeyli istedadlı alimlər vardı ki, sovet məngənəsindən xilas olmaq üçün bir fürsət gözləyirdilər.
Yüz minlərlə yəhudi illər idi ki, tarixi vətənlərinə qayıtmaq üçün bir şans axtarırdılar və Qorbaçovun siyasəti onlara bu şansı verdi...
O insanlar məyus oldular ki, illərlə planlarını sovet quruluşuna uyğun qurmuşdular və quruluşun çökməsilə onlar çox böyük sarsıntı yaşadılar.
İndi bunların hamısını saf-çürük etmək çox çətin məsələdir. Sovet xalqlarının, sovet insanlarının hər biri üçün Qorbaçov erası bir şey demək idi. Məsələn, bizim üçün bu dövr daha çox 20 Yanvardır. Odur ki, insanlar Mixail Qorbaçov dövrü haqda yaxşı bir söz deməyə, ümumiyyətlə, ehtiyat edirlər...
Amma olanı gərək deyəsən. Bəli, 20 Yanvar oldu. Amma o da var ki, Azərbaycan azad oldu. İnanın, əgər Qorbaçov dövrü olmasaydı hər şey tamam başqa cür olacaqdı və yaxud da daha böyük qanlar töküləcəkdi.
Çox güman ki, biz İiternasional oxumaqda davam edəcəkdik. Əbülfəz Elçibəy kimi bir-iki fədakar ziyalımız ya daş karxanasında daş daşıyacaq, ya da ən yaxşı halda Əlyazmalar İnstitutunun divarları arasında günlərini keçirəcək və həyatdan adi bir elmi işçi, adi bir elmlər namizədi kimi köçəcəkdilər. Yox, biz bununla bu cür ziyalıların əməyini kiçiltmirik, onların səylərini azaltmırıq. Cəsarət nümayiş etdirmək, qəhrəmanlıq göstərmək üçün həmişə fürsət və səbəb tapmaq olar. Amma biz hamımız özümüzə bəraət qazandırmaq üçün min cür bəhanə axtarırıq...
Elə bu səbəbdən Qorbaçov erasına və bu eranın hadisələrinə anlayışla yanaşmaq lazımdır – bəli, onlar nə qədər mübahisəli və ziddiyyətli olsa belə. Ona görə də biz Qorbaçovun ölüm xəbərini eşitcək bu cızma-qaranı yazmağa tənbəllik etmədik...
Əlbəttə, hər şeydən əvvəl soruşmaq lazımdır ki, Qorbaçov ruslara və Rusiyaya nə verdi? Bilirsiniz, imperiyaları çökdürmək onları insanların beynindən silməkdən qat-qat asandır. Rusiyada da belə oldu. Sözsüz ki, Rusiya dəyişib, amma qismən – imperiya təfəkkürü hələ də yaşayır və bu adamlar hələ də imperialist müharibə aparırlar, qonşu Ukraynada qan tökürlər. Rusiya indi qlobal ideoloji çağırışlar ölkəsi deyil, amma o, hələ də yenidənqurma illərində itirdiklərini qaytarmaq istəyir. Bunun səbəbləri çoxdur. İllərlə insanların beyninə Rusiya haqqında mümkün olan və olmayan bütün tezisləri yeridiblər. Bundan tez bir zamanda qurtulmaq mümkün deyil. Düzdür, bunun başqa təzahürləri də olur. Bir detalı deyəcəyik burada. Məsələn, Çexoslovakiya qansız-filansız iki ölkəyə ayrıldı, müstəqil Polşa və ya birləşmiş Almaniya özünün əski ərazilərinə iddia etmir. Amma Yuqoslaviyada belə olmadı – böyük müharibələr baş verdi burada. SSRİ də ümumi hesabla götürəndə dinc yolla parçalandı, böyük nüvə dövlətinin fəsadları özünü büruzə vermədi.
Amma deyəsən, Vladimir Putin Qorbaçovun və Yeltsinin “səhv”lərini düzəltməyə çalışır...
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
20 Avqust 2024
17 Avqust 2024
13 Avqust 2024
10 Avqust 2024
06 Avqust 2024
03 Avqust 2024
30 Iyul 2024
27 Iyul 2024
23 Iyul 2024
20 Iyul 2024
16 Iyul 2024
13 Iyul 2024
09 Iyul 2024
06 Iyul 2024
02 Iyul 2024
29 Iyun 2024
25 Iyun 2024
22 Iyun 2024
17 Iyun 2024
15 Iyun 2024
08 Iyun 2024
04 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ