İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin nə istəyir – niyə Trampın “mənölüm” raconu keçmir və müharibə dayanmır…

Cənab Tramp deyir ki, Putin mənə görə, mənim xatirimə sülhə, güzəştlərə, müharibəni dayandırmağa razı olacaq. Ukraynanın təhlükəsizlik mexanizmi də budur: təxminən Azərbaycandakı “mən-ölüm, sən-öl” raconu kimi…

Putin isə öz oyununu oynamaqdadır. Onun bu cür raconu yoxdur! Kimsənin öldüsünə-qaldısına baxmır və baxmaz. Bu adam qafasındakı hədəf üçün slavyanları qırıb-çatır! Anqlosakslar, digər millətlər onun umrunda da deyil.

Çar Putin öz aləmində düşünür ki, özündən əvvəlki rus çarları kimi, məsələn, İvan Qroznı, I Pyotr, II Yekaterina və II Aleksandr kimi missiya aparır, Rusiyanı böyüdür…

Belə birisində kimsənin xətri olmaz ki!

O, hazırda özünə 100 il, 150 il, 200 il sonradan baxır və Rusiya tarixində imperiyanı bərpa edən Çar Putin kimi qalacağını düşünür.

WhatsApp Image 2025-08-21 at 11.54.11.jpeg (158 KB)

Mənim nəzərimdə o, II Nikolay Romanovdur, hər şey o tarixin təkrarına, Rusiyanın bölünməsinə aparır; onun aqibəti də xeyirli görünmür. Lakin bir həqiqət var – Trampın nəzəri, xətri önəmli olmayan yerdə Putin üçün Rauf Arifoğlunun baxışının heç bir əhəmiyyəti yoxdur; mən nə düşünürəm, nə yazıram, onun davranışını təsirləndirməyəcək. Amma yenə də deyim: necə ki, bu adam iqtidara gələndən deyirəm, yazıram; bir çoxları mənim 20 il öncə yazdıqlarımı indi təkrarlayır. Putinə difiramblar yağdıranlar, Rusiyanın burnundan girib, harasındansa çıxanlar bəzən “Yeni Müsavat”ın 36 illik (yaradılışından bu yana!) dəyişməyən anti-Rusiya (həm də anti-İran) xəttini görməzdən gəlib, bizə “nırç” atırlar. Amma bunlar iki şeyi dəyişmir: bizim xəttimizi və Putinin imperiyaçı təfəkkürünü!

Çar Putin Rusiya imperiyasının klassik, ən böyük halını geri qaytarmaq istəyir, buna çalışır. Qırğınlar da, fəlakətlər də bunun üçündür; günah etdiyini düşünmür. Zaman günahları təmizləyir, tarix dərsliklərində qan qoxusu qalmır – deyə düşünür. Buna görə təhlükəlidir; ruslar üçün də, cəmi slavyanlar üçün də, bütün bəşəriyyət və bizlər üçün də…

Nə qədər desək ki, Türkiyə var arxamızda, Şuşa Bəyannaməmiz var, bizi qoruyur. Və əslində də elədir. Amma yenə də diqqətli, ehtiyatlı və HAZIR olmalıyıq! Hazırlaşmalıyıq! Tarix Rus–Türk müharibələri ilə doludur. Doğrudur, yaxşı revanş imkanları da var, yetişir; amma hənüz deyil…

Gələk günümüzə və mövzumuza…

Putin Alyaska sammitində iştirak etməklə, bunkerdən çıxmaqla Rusiyanın üzərinə gələn ABŞ sanksiyalarından yayındı. Zaman qazandı, müharibəni genişləndirdi və onu daha da amansız etdi…

Düşünür ki, hazırda cəbhədə nisbi üstünlük qazanıb, Qərbin atəşkəs əldə etmək prosesini daha da yubatmaq, daha çox zaman qazanmaq və üstünlüyünü möhkəmləndirmək imkanına malikdir...

ARB24-də bu barədə danışdıq. Verilişin tamamını öz köşəmlə bərabər, oxucularım üçün paylaşıram.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Avqust 2025

31 Iyul 2025

18 Iyul 2025

09 Iyul 2025

29 Iyun 2025

22 Iyun 2025

15 Iyun 2025

13 Iyun 2025

12 Aprel 2025

11 Aprel 2025

07 Mart 2025

22 Fevral 2025

06 Dekabr 2024

10 Noyabr 2024

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023