İlham Əliyev 22 il öncə Ərdoğanla belə görüşdü, bu sözləri verdi! Tərəzi kimi VİDEO
İlk yayın vaxtı 07:00
Musavat.com saytı İlham Əliyevin 22 il əvvəl, Baş nazir təyin olunandan sonra Ərdoğanla görüşünün videosunu yayıb.
9 sentyabr 2003-cü il…
Hər şey qeyri-müəyyən, ölkə daxilində güclü müxalifət (rəhbərlərindən biri də mən idim) onu devirməyə çalışır…
Hakimiyyətin içində də ciddi dönüklük, hiss olunan tərəddüdlər var…
Ermənistan vəziyyəti fürsət bilib, ölkəni yeni işğalla hədələyir…
Hər kəs onu Böyük Liderin oğlu kimi tanıyır…
Necə biri olduğunu, yumruğunun "dəmirdən" olduğunu və onun gücünü ermənidən də öncə ilk biz biləcəkdik – birləşmiş müxalifət: cəmi bir ay, bir həftə sonra…
Amma hələ bunlar yaşanmayıb, hələ yeni Baş nazir Türkiyədədir və siz bu kadrlara baxırsınız…
Sonu Zəfərlə bitəcək 44 günlük Vətən müharibəsinə hələ 17 il var.
...Və böyük siyasi səhnəyə Baş nazir kimi baş rolda çıxan İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edir.
O dövrdə Türkiyə Prezidenti Əhməd Necdət Sezərdir.
Pedant məmur, kosmik fiqur kimi bir şey…Qarşılanma çox soyuq, sıradan…
Qardaşlıq yoxdur onun jestlərində…
Yenicə iqtidara gəlmiş AK Parti isə öz qurucu rəhbərini mürəkkəb manevrlərlə təzəcə Baş nazir postuna gətirib.
Ərdoğanın gənc və enerjili dövrləridir.
İsti bir qarşılanma, qucaqlaşma, mehriban, səmimi jestlər…
Qardaşlığın gerçək görüntüləri…
O zaman yenicə tanış olan Ərdoğan və İlham Əliyev birlikdə mətbuata açıqlama verirlər.
Buyurun, özünüz də bu qiymətli kadrlara baxın…İlham Əliyevin söylədiklərinə təkrar-təkrar diqqət edək.
Nə deyir, hansı kursu bəyan edir və ən əsası, indi o söylədikləri nə yerdə, nə haldadır?..
Bu videoda diqqəti çəkən məqamlar:
* “Türkiyə mənim ikinci vətənimdir.” * “Öz doğma ölkəmə gəlmişəm.” * “Harada Türkiyə var, orada Azərbaycan var, harada Azərbaycan var, orada Türkiyə var.” * “Türkiyə-Azərbaycan birliyi regionda və dünyada bizim gücümüzə güc qatar, ölkələrimiz dünya üçün çox önəmli ölkələr olar.” * Onun Türkiyə ilə daha da yaxınlaşma kursuna dair əminliklə söylədikləri… * Qarabağın azad olunması proqramını gələcək fəaliyyətində əsas prioritet seçdiyini elan etməsi… * Hələ tamamlanmamış BTC və Bakı-Tiflis-Ərzurum layihələrini vurğulaması…
Hələ o zaman, Azərbaycanda yüksək vəzifəyə təyin olunandan cəmi 1 ay sonra (həm də prezidentliyə namizəd kimi) səsləndirdiyi bütün fikirləri, verdiyi bütün sözləri olduğu kimi həyata keçirib.
Artığı var ki, əksi yoxdur.
Bu xronika bir daha göstərir:
İlham Əliyev söz adamıdır, verdiyi vədləri unutmur və mütləq yerinə yetirir.
Strateji düşünərək, 20 il sonranın çağırışlarına uyğun planlar qurur.
ANS-in arxivindən götürülən həmin qiymətli reportajı bu yazının müşayiəti təqdim edirəm.
Zəruri qeyd: Bu videoda əks olunan reportajı mərhum jurnalist, sonradan millət vəkili olan əziz bacım Qənirə Paşayeva hazırlayıb.
O zaman onun cəmi 28 yaşı vardı…
Zəruri qeyd 2: Video sosial mediada hər kəsə tanış fon musiqisi ilə yayımlanıb. ANS -ə və bizə aid deyil.
Amma əslində Azərbaycanın "Polat Alemdar"ı elə İlham Əliyevdir...
ŞƏRHLƏRŞƏRH YAZ