İnsanlara hürriyət, millətlərə istiqlal!

"Turist köpək oğlu oynamağa yer tapmadı?" - Seyran Səxavət OD PÜSKÜRDÜ

"Adamın dədəsinin qəbrinin üzərində zurna çalıb, oxusalar, kimin xoşuna gələr ki?! Şəhidlər xiyabanında qaydaya baxan, nəzarət edən insanlar mütləq dayanmalıdır. Çünki bəzən arzuolunmaz hadisələr baş verir. Bizim içimizdən də hörmətsizlik edənlər tapıla bilər.

Şəhidlərin ruhunu qorumağa ehtiyac yoxdur, çünki onların ruhu uca və əlçatmazdır. Onların uyuduqları torpağı, məzarlarını biz qorumalıyıq. Bu, bizim borcumuzdur".

Bu fikirləri Musavat.com-a yazıçı Seyran Səxavət əcnəbi turistlərin Şəhidlər xiyabanında rəqs etməsindən danışarkən deyib.

O bildirib ki, turistlər şəhərin içində yüzlərlə əyləncə və gəzinti məkanı tapa bilərlər:

""Torqovı", parklar, çayxanalar və s. Amma Şəhidlər xiyabanı müqəddəs məkandır, orada hörmətsizliyə yol vermək olmaz. Mənə elə gəlir ki, bütün bunlar özbaşına baş vermir. Xaricdən gələn turist köpək oğlu çalıb-oxumağa yer tapmır? Bu hadisələrin mayasında nəsə var, şübhələnirəm.

Belə hallara qarşı çox sərt davranmaq lazımdır. Mən humanitar sahənin adamıyam, amma əgər kimsə Şəhidlər xiyabanında hörmətsizlik etsə, məsələn, qol açıb oynasa, mən özümü saxlaya bilmərəm, yaxınlaşıb o adamı döyərəm. Belə davranış qəbuledilməzdir.

Bu cür insanlar "qudurublar". Hörmətsizlik edən bir nəfərə güzəşt olunsa, digərləri də eyni hərəkəti təkrar edəcək. Ona görə də cəzalandırmalıyıq ki, digərlərinə də dərs olsun".

Qeyd edək ki, tanınmış jurnalist və müharibə veteranı Roza Əliqızı bu gün Şəhidlər xiyabanında xaricilərin rəqs etməsinə etirazını bildirib.

Baş verənləri lentə alan jurnalist qeyd edib: "Bu gün səhər Şəhidlər xiyabanında gördüklərim...Bir qrup turistin xiyabanda mahnı qoyub oynayaraq şənləməyi..Heyif ki, həyəcandan həmin anı çəkə bilməsəm də, qrup rəhbərinə sözümü deyə bildim".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR