İnsanlara hürriyət, millətlərə istiqlal!

Nouşad, Gülşad və altı xalqın türkcə anlaşan övladları

Yüzlərlə iştirakçının qatıldığı beynəlxalq tədbirlər elədir ki, nə qədər çalışsan da, uzağı, 30-40 adamla ünsiyyətdə ola bilirsən. Bir çoxları maraqlı adamlar olmur, bəziləri ilə də dil baryeri olur və s. Amma elə adamlar da olur ki, həm ünsiyyətə açıq olurlar, həm də 4-5 dil bilən poliqlot çıxırlar və onların bildikləri dillərin içində sənin də bildiyin dil olur.

Hindistanlı Nouşad Mançeri belə adamlardandır. Səmərqənddə keçirilən beynəlxalq tədbirdə, hərdən toplantı salonunda və foyedə daima gülümsər çöhrə ilə görünən bu şəxsi əvvəlcə benqal ya da hindistanlı hesab edirdim. İkinci gümanım düz çıxdı. Bir dəfə furşet zamanı onun 1 metrliyimdə kiməsə “afiyət olsun” dediyini eşitdim, anladım ki, o, ən azı Anadolu türkcəsində 5-6 iltifat kəlmələri bilir. Heç demə, başqa cürmüş.

Həmin vaxt Türkiyədə olduğu üçün konqresə qatıla bilməyən Vaqif Sultanlı (Bakı Dövlət Universitetinin professoru) zəng edərək qazaxıstanlı Gülşad xanımla və Hindistandan olan Nouşad bəylə görüşüb söhbətləşməyi tövsiyə etdi, dedi ki, hər ikisi Azərbaycana rəğbət bəsləyən, lazımlı adamlardır.

Vaqif müəllimlə telefon danışığımızı yekunlaşdıranda bir də gördüm ki, budur, onun mənə “tapşırdığı” şəxs gəlir. Ona qədər bir-birimizi görmüşlüyümüz vardı, amma tanışlığımız yox idi. Adını çəkdim, dayandı, “əvət, benim” dedi. Vaqif müəllimin adını çəkən kimi, o, “əvət, Azerbaycan, Baku” dedi.

Bir kənara çəkilib söhbətə başladıq. Söhbət zamanı məlum oldu ki, Nouşad Hindistan müsəlmanıdır, 35 yaşı var, Nyu-Delhidə Camia Milliyyie İslamiye Universitetinin türkoloji bölümündə çalışır.

O, vaxtilə Türkiyədə təhsil aldığından Anadolu türkcəsində təhsilli türklər qədər təmiz və səlis danışırdı. Nouşad iş yerinin adını mənə deyəndə yaşadığı şəhərin adını “Nyu-Delhi” kimi tələffüz etdi. Mən dəqiqləşdirmək üçün “Nyu-Dehli, yoxsa Nyu-Delhi” deyə soruşdum, o cavab verdi ki, şəhərin adı “Delhi”dir.

Heç demə, ruscada “h” hərfi olmadığından onlar lap əvvəllərdən Hindistanın paytaxtının adını “Deli” kimi yazıblar, bizimkilər də bu toponimi ruscadan götürəndən sonra “h” hərfini və səsini şəhərin adında bərpa ediblər, amma “L”-dən sonra yox, əvvəldə. Beləcə, biz neçə onilliklərdir ki, dünyanın ən böyük şəhərlərindən birinin adını yanlış yazır, yanlış da tələffüz edirik. Və hələ 100 il də belə yazacağıq. Amma o yanlışa bu yazıda yol verilməyəcək.

kerala.jpg (45 KB)

Beləliklə, Nyu-Delhidən olan türkoloqla ordan-burdan danışarkən, o dedi ki, heç də Hindistanın şimalından, yəni Pakistanla həmsərhəd olan regiondan deyil, əksinə, onun doğulduğu ştat Hindistanın ən cənubunda, Hind okeanının kənarında yerləşir, adı da Keraladır. Bu ştatın 33 milyondan çox əhalisi var, paytaxtı Trivandramdır. Əhalinin 25 faizi müsəlmandır. Bölgənin yerli əhalisi özlərini "malayalilər" ("dağların sahibləri"), diyarlarını isə - ya Malayalam, ya da Kerala adlandırırlar.

Nouşad deyir ki, Hindistanın şimalından fərqli olaraq cənubunda, konkret olaraq, Keralada müsəlmanlara qarşı basqı yoxdur. İnsanlar sülh və əmin-amanlıq içində dinc yaşayırlar.

Özü virtuoz musiqiçi və istedadlı rəssam olan Nouşad erkən gəncliyindən türkologiyaya könül verib, çətinliklə olsa da, uyğun təhsil alıb, Türkiyədə ixtisasını və biliyini artırıb, hazırda da yuxarıda dediyimiz universitetdə işləyir. Son dərəcə mədəni, istiqanlı olan bu şəxs tanındığı dairələrdə xüsusi hörmət sahibidir.

qazaxk.jpg (70 KB)

Bir ara elə oldu ki, masa ətrafında qazax, özbək, macar, qırğız nümayəndələr, mən və Nouşad, birlikdə söhbətə başladıq. Qazaxıstanlı xanımın da adı Gülşad olduğundan dedim ki, burada mənim əvəzimə Elşad olsaydı, çələng tam düzələrdi. Hər kəs bir-birilə sərbəstcə anlaşırdı və əsas ünsiyyət vasitəsi Anadolu türkcəsiydi. Bu da o, anlama gəldi ki, Anadolu türkcəsi yavaş-yavaş bu kimi beynəlxalq tədbirlərdə ortaq dilə çevrilir.

Nouşad Azərbaycana gəlməyi çox istəyir, özünü Azərbaycanın dostu sayır. Uyğun bir beynəlxalq tədbirdə belə şəxslərə ölkəmizə dəvət etmək vacibdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024