Onlayn ictimai-siyasi qəzet
Bəli, KİV bütün dünyada, o cümlədən də elə Rusiyada vergi ödəyicilərinin və reklam verənlərin hesabına mövcud olur və fəaliyyət göstərirlər. Ona görə də sonuncular onlardan düzgün informasiya və obyektiv analizlər gözləməkdə və hətta tələb etməkdə haqlıdırlar. Bəs Rusiya KİV-i bu tələblərə necə cavab verir?
Çox təəssüf ki, onlar hələ də kollektiv təşkilatçı və təşviqatçı (V.Lenin) kimi qalır, daha çox yalan məlumatların yayılması ilə məşğul olur, öz auditoriyasını aldadır və ən çox da Ukrayna faşizmi və millətçiliyi kimi yalan anlayışlarla onları çaşdırmağa çalışırlar.
İş hətta o yerə çatıb ki, bu günlərdə ABŞ prezidenti buna müdaxilə etməli oldu. Bayden dedi: “Cənablar, prezident Zelenski milliyyətcə yəhudidir və məlum olduğu kimi, millətçlər və yaxud faşistlər yəhudini özlərinə prezident seçmirlər”.
Amma yüksək çinli insanların bu cür incə qeydlərinə baxmayaraq, Rusiyanın Ukraynaya yönəlmiş yalan axını davam edir. Etiraf edirik ki, biz, sovet dövrünün son nəsilləri, bir çox şeyləri rusların müharibə haqdakı filmlərindən öyrənmişik. Məhz onlardan öyrənmişdik ki, müharibə vaxtı ən ağır cinayət düşmənlə əməkdaşlıqdır. Bəs Rusiya mediası nə deyir? Belə məlum olur ki, Rusiyanın qoşunları gələn şəhər və kəndlərdəki həyat canlanır, insanlar rusları az qala, gül-çiçəklə qarşılayırlar! Buna paralel olaraq qeyd olunur ki, prezident Zelenski və komandası necə qəddar millətçilərdir! Guya ki, onlar bu günlərdə on bir “günahsız” siyasi partiyanın fəaliyyətini dayandırıblar! Bəs bununla bağlı nə demək olardı?
Birincisi, bu partiyalar heç də adi siyasi partiyalar deyildi, onlar Rusiya yönümlü olmaqları ilə seçilirdilər. Onların liderlərini Rusiyanın yüksək siyasi dairələrilə, prezident V.Putinlə sıx dostluq əlaqələri birləşdirirdi. Onlar hətta bu ağır müharibə günlərində Moskvanın vətənlərinə müharibə elan etməsinə rəğmən, yenə də Kremllə əməkdaşlıq edirlər. Qeyd edək ki, bu müharibənin gedişində yüz əllidən çox uşaq həlak olub.
İkincisi, sovet-alman müharibəsindən sonra SSRİ-də təkcə düşmənlə əməkdaşlıq edənləri yox, hətta əsirlikdə olanları belə çox ağır cəzalarla cəzalandırırdılar.
Müharibədə başqa cür olmur, burada özününkülər və bir də düşmənlər olur. Aydındır ki, ruslar ona görə özlərindən çıxırlar ki, müharibə ilə bağlı hesabları doğrulmadı, ildırım sürətli müharbə alınmadı. Ona görə ki, ukraynalılar Rusiyaya qarşı çox ciddi, hətta qəhrəmancasına müqavimət göstərirlər. Müharibənin başlanmasından bir aydan çox vaxt keçib. Ona görə də ondan çıxış yollarını tək Kiyev aramır, Moskva da buna çalışır.
Ləng şəkildə olsa da, danışıqlar müxtəlif formatlarda davam edir. Rusiyanın da tələbləri bir az yumşalıb. Moskva tələb edir ki, Kiyev NATO ilə bağlı planlarından əl çəksin, neytral dövlət olsun, nüvə dövləti olmağa cəhd etməsin. Bununla belə Kreml Kiyevin də Avropa İttifaqına inteqrasiyasını məqbul sayır.
Ümumikdə ukraynalılar da bununla razıdır, onlar yalnız ciddi təminatlar tələb edirlər.
Burada qeyd etmək lazım gəlir ki, Kreml öz keçmiş satellitlərinin neytral dövlət olması ilə razıdır.
Qeyd edək ki, Vaşinqtonda da bu rəğbətlə qarşılanır və buna görə onlar da artıq öz gəmilərini Qara dənizdən çıxarmağa başlayıblar.
Bütün bunlar bir daha göstərir ki, vaxtilə rəsmi Bakı düzgün seçim edibdir və neytral dövlət olubdur. Güman, zaman keçdikcə Gürcüstan və Ukrayna da belə edəcək. O ki qaldı Moldovaya, onlar artıq bəyan ediblər ki, NATO ilə bağlı planları yoxdur, çünki konstitusiyaya görə ölkələri neytral dövlətdir. Amma bununla belə, Kişinyova da özü üçün Avropa İttifaqına inteqrasiya etmək hüququnu saxlayır. Bir sözlə, zaman keçdikcə hər şey axır və dəyşir. Başqa cür ola da bilməz, çünki yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər...
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
20 Avqust 2024
17 Avqust 2024
13 Avqust 2024
10 Avqust 2024
06 Avqust 2024
03 Avqust 2024
30 Iyul 2024
27 Iyul 2024
23 Iyul 2024
20 Iyul 2024
16 Iyul 2024
13 Iyul 2024
09 Iyul 2024
06 Iyul 2024
02 Iyul 2024
29 Iyun 2024
25 Iyun 2024
22 Iyun 2024
17 Iyun 2024
15 Iyun 2024
08 Iyun 2024
04 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ