İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə Rusiya üçün başlanğıc, Qərb üçün son ola bilər...

Artıq bir ay keçibdir. Nə müharibə bitir, nə də ki, sülh danışıqları alınır. Bəli, nə rusların gözləntiləri doğruldu, nə də Qərbin. Moskva güman edirdi ki, tez bir müddətdə, saylı günlərdə bütün Ukraynanı işğal edəcək, Qərb dairələri isə fikirləşirdi ki, sanksiyalar özləri olmasa da, onların xofu Rusiyanı geri oturdacaqdır.

Amma əfsus! İndi tərəflər həm döyüşür, həm də döyüşləri dayandırmaq üçün müxtəlif formatlarda danışıqlar aparırlar. Rusların tələbləri çoxdan bəllidir: Ukrayna NATO ilə bağlı planlarından əl çəkməli, neytral dövlət olmalı, nüvə dövləti olmağa can atmamalıdır. Bununla belə Moskva Kiyevin Avropa İttifaqına inteqrasiya etmək haqqını-hüququnu tanıyır.

Qeyd etmək lazımdır ki, Kiyev bununla razılaşır, amma ciddi təminatlar tələb edirlər. Məsələ bundadır ki, ötən əsrin doxsanıncı illərində Kiyevi nüvə silahından məhrum edərkən ona təminatlar vəd etmişdilər. Bəs hanı o təminatlar? Bu gün rus tankları Ukraynanın ürəyində cövlan edir, Qərb isə yalnız sanksiyalar tətbiq etməklə kifayətlənir.

Qeyd etmək lazımdır ki, Qərbin özündə də NATO-nu və Aİ daha qətiyyətli addımlara səsləyənlər var. Onların fikrincə, proseslərin ləng gedişi Rusiya üçün başlanğıc, Qərb üçün son ola bilər. Məsələ bundadır ki, Rusiya bu müharibədə üstün gəlsə bu onun üçün geosiyasi kart-blanş ola bilər. Bu halda Rusiya özünün geosiyasi arxitekturasını bütün post-sovet məkanına sırımağa çalışacaq və heç kim onu dayandıra bilməyəcək.

Ukrayna məğlub olsa, Gürcüstan da özünün NATO ilə bağlı planlarından əl çəkməli olacaq. Moldovaya gəldikdə, Kişinyov indidən bəyan edir ki, o, neytral dövlətdir. Bir sözlə, ABŞ indi Qara dənizdən olduğu kimi, Gürcüstandan da öz qoşunlarını çıxarmağa başlaya bilər.

Qərb müəllifləri belə hesab edirlər ki, bu müharibə Qərbin Rusiyanı diz çökdürmək üçün sonuncu şansı ola bilər, ona görə də bunu əldən verməməlidir. Amma bu vaxta qədər keçirilmiş sammitlər, brifinqlər onu deməyə əsas verir ki, NATO və Avropa İttifaqının (Aİ) müharibəyə qatılmaq planları yoxdur, bunun əvəzində onlar uzunmüddətli soyuq müharibəyə hazırlaşırlar. Fəqət, burada da bəzi məqamlar var. Birincisi, Rusiya SSRİ-dən fərqli olaraq totalitar ölkə deyil və onun iqtisadiyyatı planlı sovet iqtisadiyyatı deyildir, baxmayaraq ki, indiki Rusiya iqtisadiyyatı da əhəmiyyətli dərəcədə xammaldan asılıdır və ölkə daha çox xammal ixrac edən ölkədir.

İkincisi, müharibə dünyada enerji və ərzaq böhranı yarada bilər və artıq bununla bağı xəbərdarlıq edilir. Məsələn, Avropa ölkələrinə Rusiyanın neftindən və qazından imtina etmək elə də asan deyil. Bu proseslər hələ diskussiya olunur, necə deyər, görək, axırı necə bitir.

Xarici müəlliflər Rusiyanı neft və qaz diktaturası adlandırırlar. Amma Moskvanın dünyanın və xüsusən də regionun kənd təsərrüfatı sektorunda da payı az deyil. Odur ki, bu xəmir hələ çox su aparacaq. Aydın məsələdir ki, Moskva Kiyevi məğlub etsə belə müharibə sönməyəcək, çünki Qərbin uzunmüddətli müqaviməti, partizan müharibəsini təmin və təşkil etmək sahəsində böyük təcrübəsi var. Elə Ukrayna özü də bu sahədə az təcrübəyə malik deyildir. Odur ki, hələ bir müddət gözləmək lazım gələcək. Görək, Qərb dövlətləri rus ayısını öz yuvasına qova biləcəklərmi?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024

20 Avqust 2024

17 Avqust 2024

13 Avqust 2024

10 Avqust 2024

06 Avqust 2024

03 Avqust 2024

30 Iyul 2024

27 Iyul 2024

23 Iyul 2024

20 Iyul 2024

16 Iyul 2024

13 Iyul 2024

09 Iyul 2024

06 Iyul 2024

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024