İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva-İrəvan xəttində yeni gərginlik – Qarşılıqlı ittihamlar davam edir

Artıq elə bir gün olmur ki, Ermənistan-Rusiya cəbhəsindən yeni xəbərlər, gəlməsin.

“Rusiya-Ermənistan cəbhəsi” ifadəsi şişirtmə deyil, reallığı əks etdirir. Bunun Rusiya-Ukrayna cəbhəsindən fərqi odur ki, tərəflərin arasında soyuq müharibə, söz savaşı gedir.

Böyük ehtimalla bu, qanlı, alovlu müharibəyə çevrilməyəcək, amma iki dövlətin münasibətlərinin “məxməri düşmənçilik” səviyyəsinə çatacağı, hətta artıq çatdığı birmənalıdır.

Dünən Rusiyanın Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin Ermənistan Milli Assambleyasını spikeri Alen Simonyanın Avropa İttifaqının üzvlərinin konfransında Moskva haqqında dediyi fikirlərə dair öz hiddətini ifadə edib.

İspaniyada çıxış edən Alen Simonyan deyib ki, Ermənistan Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir. Ardınca o, əlavə edib ki, İrəvan özü də Rusiya və Azərbaycanın “hibrid hücumları”na məruz qalır.

Simonyan həmişəki kimi məsələni qəlizləşdirir. Azərbaycan neçə vaxtdır öz torpağının davasını aparır və onun Ermənistan ərazisində gözü yoxdur. Qazax rayonunun 4 kəndinin boşaldılması və təhvil verilməsi təmin olunandan sonra iki dövlət arasında demarkasiya və delimiyasiya prosesi bu iki ölkənin şimal-qərbindən cənub-şərqinə doğru uzanacaq və məsələ xoşluqla bitəcək.

Ancaq erməni spiker özlərinin Rusiya ilə intriqalarına Azərbaycanın adını ona görə qatırlar ki, Avropadan daha çox siyasi, maddi, diplomatik dəstək görsünlər.

Rusiyanın Ermənistana qarşı irad və iddiaları Paşinyan iqtidarının Qərbyönlü siyasət yeritməsi, ölkəni Rusiyadan qoparıb ABŞ və Avropa ölkələrinin cərgəsinə aparmasıdır. Rusiya bu gedişin qabağını müxtəlif yollarla almağa çalışır. Yəqin ki, bəzən Ermənistana təzyiq etmək üçün Azərbaycanı “xoxan” cildində göstərmək də istəyir.

Ancaq Ermənistan artıq əlində Azərbaycana aid olan ərazilərin hamısını itirib və qorxacaq bir şeyi qalmayıb. Rəsmi İrəvan əmindir ki, Bakı onun torpağına daxil olmayacaq, yaşayış məntəqələrinə hər hansı təhlükə yaratmayacaq. Bir neçə ay öncə ABŞ-də və Avropada belə bir qənaət vardı ki, Azərbaycan ordusu Ermənistanın ərazisində hərbi əməliyyat keçirməyə hazırlaşır. Ancaq bu iddia doğrulmadı, Azərbaycan hökuməti ABŞ-nin dövlət katibi Entoni Blinkeni və avropalı rəsmi şəxsləri əmin etdi ki, elə bir hərəkət olmayacaq.

Ona görə də Ermənistan biz tərəfdən artıq xatircəmdir. Eyni zamanda İrəvanın Rusiyaya əsas iddiası ondan ibarətdir ki, Moskva 2020-ci ilin payızında baş verən 44 günlük müharibədə və ötən ilin sentyabrında keçirilən bir günlük lokal antiterror əməliyyatında Ermənistanı müdafiə etməyib, Qarabağın dağlıq hissəsindən yaşayan və tələsik bir qərarla Ermənistana köçən ermənilərin köçünün qarşısını almayıb.

Əslində isə o zaman Azərbaycan hökuməti də, rusiyalı sülhməramlılar da erməni əhalinin bölgədə təhlükəsizlikdə və əmin-amanlıq şəraitində qalmasını təmin etməyə hazır idilər. Mütəşəkkil erməni köçü Azərbaycan tərəfini də, sülhməramlıları da fakt qarşısında qoyaraq heyrətləndirmişdi.

Hazırda ermənilər öz hərəkətlərinin hesabını Moskvadan sorurlar və köç faktına dayanaraq öz yerlərini Avropada şirin edir, eyni zamanda Azərbaycana hüquqi müstəvidə problem yaratmağa çalışırlar. Rusiya və Azərbaycanın strateji müttəfiq olması onların əlinə oynayır. Ermənilər Rusiyaya qarşı çıxmaqla Ukraynada rus ordusu ilə döyüşən Avropanın müttəfiqi olurlar.

Beləcə, cəbhə xəttinin bir tərəfində Rusiya və Azərbaycan, o biri tərəfində isə ABŞ, Avropa və Ermənistan durur. Halbuki Azərbaycan Ukrayna müharibəsində Rusiyanın hərbi müttəfiqi deyil, eyni zamanda rəsmi Bakı Rusiya-Ermənistan intriqasında Moskvadan yana deyil, əsasən “öz işləridir, özləri bilərlər” mövqeyi sərgiləyir.

Simonyanın “Kiyev rejimi ilə birbaşa həmrəylik” ifadəsi işlətməsi Karasinə və digərlərinə ona görə yer edir ki, Simonyan bu sözlə Rusiyanın suverenliyini sual altına qoyub və ölkənin yeni subyektlərinin (Krım və Donbas nəzərdə tutulur) Rusiyaya birləşdirilməsinin legitim olmadığını bildirib. Həm də Ermənistan təmsilçisi bunu Rusiya ilə eyni hərbi blokda – KTMT-də təmsil olunarkən deyib.

Ermənistanda ictimai rəy nə qədər qütbləşmiş olsa da, Moskvaya rəğbət bəsləyənlərin dairəsi tam sarsılmış olmasa da, bu, bir faktdır ki, bu ölkədə anti-Rusiya ovqatı getdikcə güclənir. Əslində bu ovqat hələ 2018-ci ildən mövcud idi və Nikol Paşinyan hakimiyyətə məhz o dalğanın üzərində gəldi.

Son 3-4 ildə isə erməni cəmiyyəti üfiqi şəkildə yüksələn dinamika üzrə Moskvadan üz döndərir və öz nicatını, rifahını, təhlükəsizliyini Avropa dövləti olmaqda görür.

Bu kiçik ölkənin strateqləri əmindirlər ki, Ermənistan Avropa ailəsinə tamhüquqlu üzv kimi daxil olsa, Türkiyə və Azərbaycanla da problemlərini həll edəcək, ondan sonra ölkənin inkişafı sürətli və dönməz səciyyə alacaq.

Bu baxımdan ermənilər artıq öz xoşbəxt gələcəklərinə əsas maneə kimi Rusiyanı görürlər və bu, ölkədən nə dərəcədə asılı olduqlarının fərqinə varmadan günbatana tərəfə gedirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024