İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqomayevlə Bülbüloğlu niyə eyni konsertdə oxumurmuş? – Mamedov qoymurmuş

Sovet dövrünə aid materialları oxuduqca, sənədli filmlərə, memuar xarakterli videolara baxdıqca, 40-50 il sonrakı etirafları dinlədikcə gözümüzün önündə ölkəmizin o zamankı halına dair aydın mənzərələr canlanır.

SSRİ dövründə biz Azərbaycan xalqı olaraq ta başdan-binadan ya mağmın və əzik, ya da ifrat təvazökar və natamamlıq kompleksinə düçar olmuşuq. Həmişə çalışmışıq ki, bir güncdə, arxa planda olaq, özümüzü gözə soxmayaq. Bunun qarşılığında başqaları həyasızcasına irəli soxulublar, daha üstün mövqelərə gəliblər, kök atıb rişələniblər.

35 il əvvəl ermənilərin qarşısında məğlub, əzilmiş-sıxılmış durumda qalmağımızın əsas səbəbi də elə bu idi. Daha böyük, daha güclü, daha zəhmətkeş olmağımıza, SSRİ-yə bütün respublikalardan daha artıq töhfə, mənfəət verməyimizə baxmayaraq, Kreml məhz həyasızların tərəfində durdu, bizi ayağa verdi. Elə ermənilər də düşünürdülər ki, bu fağır millətin başına qapazı vurub Qarabağı əlindən almaq mümkün olacaq.

Bu günlərdə internet resurslarında sovet dövründəki ifrat təvazökarlığımızın əyani sübutu olan bir videofilm gördüm. Filmdə sovet dövrünün məşhur estrada ulduzlarının - gürcü Nani Breqvadzenin, qazax Roza Rımbayevanın, özbək Fərrux Zakirovun və bizim Polad Bülbüloğlunun o vaxtkı və sonrakı həyatlarından bəhs edilir. Filmin müəllifi Polad Bülbüloğludan onun Müslüm Maqomayevlə münasibəti barədə soruşur: “Necə olurdu ki, sovet dövründə mərkəzi televiziya ilə translyasiya edilən konsertlərdə Müslüm Maqomayev oxuyanda siz olmurdunuz, siz olan konsertdə də Müslüm olmurdu?”

polad-müslüm.JPG (36 KB)

Heç demə, uşaq vaxtından bir yerdə böyüyən, gəncliklərində dost olan, bir-birinin mahnısını oxuyan bu iki şəxsin qatı düşmən olduqları barədə əfsanə hələ sovet dövründə də olub. Onların münasibəti isə əslində Polad Bülbüloğlu mədəniyyət naziri təyin olunandan sonra pozulub. Maqomayev bu təyinata etirazını bildirib və ox yaydan çıxıb.

Polad Bülbüloğlu yuxarıda sözü gedən filmdə “düşmənçilik əfsanəsi”nin sirrini açaraq deyir ki, Müslümlə onun eyni proqramda və konsertdə yer almamasının səbəbi aralarındakı münasibətə görə olmayıb, üçüncü azərbaycanlının iradəsi ilə olub.

avyar.JPG (30 KB)

Bu şəxs 1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olan Ənvər Məmmədov olub. Ötən il 100 yaşının tamamında vəfat edən Məmmədov iki məşhur və sevilən azərbaycanlının – Müslüm Maqomayevlə Pold Bülbüloğlunun eyni konsertdə iştirakını ona görə əngəlləyirmiş ki, “Ənvər Məmmədov həmyerlilərinə şərait yaradır, onları qabağa çəkir” deməsinlər.

Bəli, bunu heç bir erməni, heç bir gürcü, heç bir ukraynalı etməzdi, amma “Qosteleradio”nun ikinci, yaradıcılıq məsələlərinə qalanda isə birinci şəxsi olan azərbaycanlı edib.

brej-çern.jpg (65 KB)

                                        Brejnev və Çernenko

Bu, o vaxt idi ki, ukraynalı Leonid Brejnev SSRİ rəhbəri postunda idi və ətrafına bir xeyli ukraynalı dövlət xadimi yığmış, “Dnepropetrovsk klanı” yaratmışdı, sağ əli ukraynalı Konstantin Çernenko idi. Brejnev özündən sonra vəzifəsini ukraynalı Vladimir Şerbitskiyə ötürmək planına da malik olub, sadəcə, bu plan Yuri Andropovun fəndgirliyi sayəsində baş tutmayıb.

Bu boyda yerlibazlığın qarşısında Azərbaycanın irəli çıxmış oğlu iki həmvətəninin eyni konsertdə oxumasının söz-söhbətə səbəb olacağından qorxurmuş. Ədalət naminə deyək ki, onun yerində istənilən azərbaycanlı fərqli davranmazdı.

666baq.jpg (8 KB)

                            Mikoyan və Baqramyan

Bəs ermənilər də eyni cür təvazökarlıq edirdilərmi? Əsla. Sovet dövründə ermənilərin ən “irəli getmiş”i Anastas Mikoyan olub və o, yüzlərlə erməni kadrı ən yüksək vəzifələrə düzəldib, himayə edib. Hətta Mikoyan vətənə xəyanətdə təqsirləndirilən həmvətənlərini belə Stalinin yanında müdafiə etməkdən çəkinməyib. Bəzən onun bu cür xahişləri işə yarayıb, bəzən isə Stalin edam qərarından dönməyib. Mikoyan neçə-neçə ortabab erməni elm adamının akademik olmasına kömək edib, Baqramyan kimi general rütbəsi almağa layiq olmayanların marşal olmasına yardımçı olub. Daha bir parlaq misal: 1956-cı ildə Melbrunda (Avstraliya)keçirilən olimpiadanın finalına çıxmış sovet futbolçularının heyətinin ehtiyat oyunçulardan olan Nikita Simonyan məhz Mikoyanın zəngi ilə finalda start heyətdə, komandanın bombardiri Eduard Streltsovun yerinə meydana çıxıb və sonda qızıl medalı o alıb. Ondan sonra Mikoyan bütün məclislərdə futboldan söz düşərkən deyirmiş: “Gördünüzmü bizim erməni balasını? SSRİ-ni çempion etdi”.

Gürcülərin yerlibazlığından da çox danışmaq olar. Stalinin vaxtında yüzlərlə kadr SSRİ-də mühüm rəhbər vəzifələrdə olublar. Beriya da rəhbərlik etdiyi nazirliklərdə daima öz yerlilərini irəli çəkib, himayə edib.

77788.JPG (20 KB)

Sovet dövründə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin katibi kimi olduqca yüksək bir vəzifəni Mixail Georqadze tutub. 1957-1982-ci illər arasında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrləri K. E. Voroşilov, A. İ. Mikoyan, N. V. Podqornı və L. İ. Brejnevin imzalarının yanında məhz M. Georqadzenin də imzası olub. O, bu vəzifənin verdiyi üstünlüklərdən yararlanaraq öz həmyerlilərini Moskvada yüksək vəzifələrdə yerləşdirib və himayə edib, bu sayədə milyonlar qazanıb. Təsadüfi deyil ki, Georqadze bu vəzifədən gedəsi olanda yerinə başqa bir gürcü – Tengiz Menteşaşvili təyin edilib. Bu post sanki gürcülər üçün bron edilibmiş.

Bizimkilər isə iki azərbaycanlının bir nazirlikdə işləməsinin, bir konsertdə oxumasının problem yaradacağını düşünürmüş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024