Onlayn ictimai-siyasi qəzet
NATO-nun bu həftə Madridə baş tutan sammiti heç sözsüz ki, son günlərin ən önəmli hadisələrindən biri sayıla bilər. Ən azı ona görə ki, bir daha aydın oldu ki, Alyansın genişlənməsinin qarşısını almaq prinsipcə, mümkün deyil – getdikcə Bloka üzv olmaq istəyən ölkələrin sayı artır və onların arasında Rusiya ilə ortaq coğrafiyaya və hətta ortaq keçmişə malik olan ölkələrin sayı heç də az deyil.
İsveçin və Finlandiyanın bu mənada NATO-ya üzv olmaq istəməsi o deməkdir ki, NATO Rusiyanın şimal sərhədlərinə yaxınlaşır və Baltik dənizində güclənir. Bu konteksdə Moskvanın deməsi ki, guya Helsinki və Stokholm onun üçün heç bir təhlküə törətmir, olsa-olsa, ironik gülüş doğura bilər. Sual olunur: bəs onda Kiyevin NATO-ya can atması niyə Moskvanın təhlükəsizliyinə təhdid hesab olunur? Bəlkə ona görə ki, Ukraynanın və digər post-sovet ölkələrinin NATO-ya inteqrasiyası onların Rusiyanın nüfuz sferasından birbaşa uzaqlaşması deməkdir?
Biz hələ onu demirik ki, Kiyevin NATO-ya inteqrasiyası Finlandiyanın və İsveçin üzv olması kimi real deyildi. Alyans liderləri heç vaxt deməmişdilər ki, Kiyev tezliklə Blokun üzvü olacaq. Amma Finlandiya və İsveçlə bağlı deyilir ki, üzvlüklə bağlı danışıqlar uzağı bir il çəkəcək.
Burada bir məsələni də qeyd etmək yerinə düşər. Türkiyə ilə bağlı şübhələr dağıldı. Belə deyilirdi ki, guya Ankara PKK-nı və kürd separatistlərini bəhanə edərək əslində Rusiyanın maraqlarına lobbiçilik edir. Amma Madrid sammitində bəlli oldu ki, heç də belə deyil. Türkiyə PKK və kürd separatizmi məsələsində Finlandiya və İsveçlə əməkdaşlıq etməyə hazırdır. Elə sonuncular da buna hazır olduqlarını bəyan etdilər.
Bir sözlə, Alyansın daha bir sammiti uğurla başa çatdı. Qəbul olunmuş Madrid stratefiyasında bəyan olundu ki, Blok üzvləri üçün əsas təhlükə yenə də Rusiyadır və Rusiya olaraq qalır.
Sözsüz ki, sammit müəyyən gileylər üçün də zəmin yaradır. Ukraynanı və Gürcüstanı NATO-da Finlandiya və İsveç kimi qarşılamadılar. Heç sözsüz, belə bir qeyri-səmimi siyasət Kiyevdə qıcıq yaradır. Burada onu da qeyd etmək lazımdır ki, Tiflisi Avropa İttifaqına namizəd dövlət kimi də qəbul etmədilər. Sual olunur: belə bir siyasət Tiflisi Moskva qarşısında tərksilah vəziyyətə gətirmirmi? Tez bir zamanda biz Ukrayna – Gürcüstan müharibəsinin şahidi ola bilmərikmi? Prinsipcə, olarıq və bizi belə perspektivdən yalnız o ayırır ki, Moskvada Ukraynaya savaş açmaqla böyük bataqlığa düşdüklərini anlayırlar.
Ruslar düşünürdülər ki, qalan Ukraynanın işğalı da Krımın ilhaqı kimi asan və sürətli olacaq. Amma onlar möhkəm yanıldılar. Müharibə artıq beşinci aya adlayır və Kreml üçün qələbə görünmür. Qərb ölkələri bilavasitə müharibədə iştirak etməsə də Ukraynaya edilən hərbi yardımlar günbəgün artır. Bu mənada Kiyevin resursları daha böyükdür. Həm də Ukrayna öz ərazisində müharibə aparır. Rusiyaya gəldikdə isə, bir gün ruslar hökumətdən soruşacaqlar ki, onlar Ukraynada nəyin uğrunda və niyə vuruşurlar? O vaxt psevdo-patriotik şüarlar daha Kreml əhlinin köməyinə gəlməyəcək...
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
20 Avqust 2024
17 Avqust 2024
13 Avqust 2024
10 Avqust 2024
06 Avqust 2024
03 Avqust 2024
30 Iyul 2024
27 Iyul 2024
23 Iyul 2024
20 Iyul 2024
16 Iyul 2024
13 Iyul 2024
09 Iyul 2024
06 Iyul 2024
02 Iyul 2024
29 Iyun 2024
25 Iyun 2024
22 Iyun 2024
17 Iyun 2024
15 Iyun 2024
08 Iyun 2024
04 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ