İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampın o xahişini yerə salmasaydı... - Ukrayna məsələsi Səddamın boğazına ip keçirib asmaq deyil

Trampın işğalçıya bu cür açıq dəstək mövqeyi ciddi strateji səhvdir, Ukrayna məsələsi Səddam Hüseynin boğazına ip keçirib asmaq kimi deyil, burada hədə-qorxu çətin ki, işə yarasın…

ABŞ prezidenti Donald Trampın son günlər Rusiya-Ukrayna müharibəsində bu qədər açıq tərəf kimi görüməsi pis haldır. Onun səlahiyyət müddəti başa çatmış Zelenski ilə yola davam etməyəcəyi gözlənilən idi. Zelenski Trampın ilk prezidentlik dönəminin sonunda (2019) Ukraynada hakimiyyətə gəlsə də, onun projesi deyil. Hətta Tramp Zelenskidən Baydenin (2020-ci il seçkisindəki rəqibi) oğlunun Ukraynadakı şirkəti ilə bağlı araşdırma aparmağı xahiş etmiş, amma prezident bundan imtina etmiş, yəni tərəfini seçmişdi. 

zel-tram.jpg (382 KB)

Tramp bunu unutmayıb. Ona görə də Ukraynada əhalinin Zelenskiyə etibar səviyyəsinin 4 faizə qədər endiyini və Kiyevin münaqişənin nizamlanmasına dair danışıqlar masasında yer almasını istəyirsə, seçki keçirməli olduğunu deyir. Ukraynanın faktiki rəhbərinin isə “seçki olmayacaq”, “indi getməyəcəyəm”, “təəssüf ki, çox hörmət etdiyimiz ABŞ prezident Rusiyanın dezinformasiya məkanında yaşayır" kimi fikirləri Trampı daha da qəzəbləndirir. İş o yerə çatıb ki, Tramp çığal uşaqlar kimi “Ukrayna ya ABŞ-ın ayırdığı pulunun hara getdiyini izah etməlidir və ya onu qaytarmalıdır. Zelenski Ukraynaya ayrılan pulun yarısının harada olduğunu bilmir. Biz onlara 350 milyard dollar vermişik” deyib. Bu pulların haqq-hesabı olacağı bəlli idi, amma indi Trampın az qala sələmçi kimi dirənişi, pulun əvəzinə qiymətli metallar olan torpaqları istəməsi yersizdir. 

2018-07-16T153559Z_962860549_RC1F8B330000_RTRMADP_3_USA-RUSSIA-SUMMIT_1 (2).jpg (53 KB)

Ukrayna təkcə prezidentdən ibarət deyil, gözlənilən danışıqlarda da Zelenski hakimiyyətinin deyil, faciə ilə üzləşmiş xalqın taleyi həll olunmalıdır. Trampın de-fakto işğalçıya bu cür açıq dəstək mövqeyi ciddi strateji səhvdir, necə ki, bundan əvvəlki Ağ Ev yönətimi də eyni israrla Moskvanı “uduzdurmaq”, “məğlub etmək” üçün Ukraynanı müharibəyə cəlb etməklə ciddi səhvə yol verdi. Tramp vasitəçilik yox, zorbalıq edir. Zorbalıq Amerikanın bildiyi və tətbiq etdiyi siyasətdir, amma Ukrayna məsələsi Səddam Hüseynin boğazına ip keçirib asmaqla düzələsi iş deyil, burada zorbalıq, hədə-qorxu çətin ki, işə yarasın. 

2f802ac327989313318ea975008b16f1.jpg (288 KB)

Zənnimcə, Tramp tam nə etmək istədiyini hələ ki, bilmir. Rusiyanı bu savaşda qalib elan etmək istəyirsə, bu dünyanı yeni-yeni gərginliklərə sürükləmək demək olacaq. Rusiya prezidenti də daxil, Kreml isteblişmenti baş verənlərdən çox məmnundurlar, amma bunu indilikdə biruzə verməməyə çalışırlar. Lavrov ABŞ-ın yeni dövlət katibi ilə əli cibində danışırdı, bu da özünə bir əminlik ifadəsidir. Rusiya ordusunun bütün cəbhəboyu üstünlüyü ələ alması, ötən gecə isə Kurskdan Ukrayna ərazisinə soxulması bu əminliyin başqa bir formasıdır. Tramp elə etmək istəyirik ki, guya Bayden yanlış olaraq bu müharibənin əsas sponsoru olub, indi də pul vermir, hətta xərclədiyi pulu geri istəyir, Rusiya ilə də yanlış siyasəti düzəldir.

Avropan ölkələrinin miskin durumu da ortadadır. Tramp deyir ki, Avropa istəyirsə Ukraynaya qoşun göndərsin, amma amerikalıllar bu işə qoşulmayacaq. Avropa Birliyi ölkələri Trampla dil tapmaqda aşkar çətinlik çəkirlər, daha doğrusu, köhnə-yeni prezident onlarla da yola davam etməkdə həvəslə görünmür. 40 yaşlı ABŞ vitse-prezidentinin Münhendə “qoca Avropa”nın hakim elitasını danlaması, sonra da Trampdan “afərin” mesajı alması çox şey deyir. Tramp ümumiyyətlə onların bəziləri ilə işləmək istəmir, bəzilərindən isə biət gözləyir. 

maxresdefault (3).jpg (98 KB)

“Saqqalı əldən verəndə” belə olur. Avropa Birliyi son 10 ildə güclənmişdi, Almaniyaya iqtisadi qüdrətinə görə “Avropanın Amerikası, Çini” deyilirdi. Ukrayna müharibəsi isə Avropa Birliyini zəlil etdi, ən əvvəl bu ölkələrin nə qədər qeyri-peşəkar siyasətçilər olduğunu üzə çıxardı. ABŞ-ın az qala satelletinə çevrilən Avropa hökumətlərini sanksiyalara qoşulmağa, Ukrayna müharibəsində də aktiv rol almağa məcbur edildilər, onlara dəstək verən elektorat zəiflətdi, bir neçə ölkədə hökumət krizisi yaşandı, Almaniya kimi ölkənin iqtisadiyyatı bir neçə dəfə gerilədi. İndi Tramp Maskın əli ilə Şoltzu hökumətdən rədd etməyi düşünür, radikal partiyanın hakimiyyətə gəlməsinə yardım edir. Makron zatən plastilin kimidir, onu Tramp birinci prezidentlik dönəmindən tanıyır. Avropa Birliyinin siyasi rəhbərləri isə korrupsiya bataqlığındadırlar və dilləri gödəkdir. Trampın belə arxayın davranmasının bir səbəbi də budur...


Nazim Sabiroğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR