Onlayn ictimai-siyasi qəzet
Murad Arif sosial media hesabından ad çəkmədən zövqsüz müğənnilərin ünvanına söz atıb.
Musavat.com xəbər verir ki, sənətçi kimə söz atdığını açıqlamasa da, onun sözləri müzakirələrə səbəb olub.
"Adam istəyir insanlıq xatirinə, ən pak duyğularla, bəzilərinin yaxşılığı üçün qarşısına çıxsın, belə dostcasına, qardaşcasına, şəfqətlə, ən dərin empatiya hissi ilə, çiyinlərindən tutaraq, gözlərinin içinə baxaraq, desin ki, "Vallah ən böyük çuşka elə sənsən! Yazıq, bilmir, bəlkə?" deyə o paylaşımında bildirib.
Xatırladaq ki, bir neçə gün öncə müğənni Səidə Sultan "Günü-gündən çuşkalaşan şou biznesim" sözləri ilə həmkarlarını "çuşka" adlandırmışdı.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ