İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina prezidenti İlon Maska motorlu mişar hədiyyə edib

Argentina prezidenti Xavyer Miley Vaşinqtonda keçirilən konfransda İlon Maska bürokratiyaya qarşı mübarizəni simvolizə edən motorlu mişar hədiyyə edib.

Səhnəyə “Amerikanı yenidən möhtəşəm et” yazısı olan papaqla çıxan Mask çıxış edərkən qeyd edib ki, Miley ona hədiyyəsi var. Bundan sonra Argentina prezidenti ona üzərinə “Viva la libertad, carajo!” ("Yaşasın azadlıq, ...!") yazılmış motorlu mişarı hədiyyə edib

Mask hədiyyəni həvəslə qəbul edib və ona belə şərh verib: "Bu, bürokratiya üçün mişardır".

Daha sonra o, X sosial şəbəkəsindəki profil şəklini yeniləyərək əlində mişar tutmuş şəklini paylaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR