İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet kəşfiyyatının uğursuz əməliyyatları - Türkiyədən Yaponiyaya qədər

SSRİ-nin kəşfiyyat xidməti həmişə öz sıralarına xüsusi üstünlükləri olan şəxsləri cəlb edib. Lakin kəşfiyyatçılar heç də hər zaman uğur qazanmayıblar. Onların uğursuzluqlarının əsas səbəbləri arasında yerli kommunist partiyalarının üzvlərindən xarici ölkələrdə casus şəbəkələri yaratmaları, Moskvada oturan bəzi rəhbər şəxslərin işə etinasız yanaşması olub.

Sovet məxfi xidmətinin Danimarkadakı uğursuzluğu

1935-ci ildə Danimarkada sovet kəşfiyyatı üçün işləyən bütün casus şəbəkəsi ələ keçirilib. Buna səbəb kəşfiyyatçıların yerli kompartiyanın üzvlərinin vasitəsilə kəşfiyyat fəaliyyətinin aparılmasına dair Poskvadan verilən yasaq əmrinə riayət edilməməsi olub. Danimarka ərazisində rezident Aleksandr Ulanovski və sovet xüsusi xidmət orqanının daha üç nümayəndəsi saxlanılıb.

44622572-fe32-4691-bb37-623831f313b2.jpg (65 KB)

Polis yerli kommunistləri izləməyə başlayıb. Müəyyən müddətdən sonra onlar polisləri sovet kəşfiyyatının təhlükəsiz şəkildə gizləndiyi evə aparıb. Həmin evdə isə müxtəlif kəşfiyyat orqanlarının, o cümlədən Amerikanın 13 əməkdaşı olub. Danimarka polisinin basqını nəticəsində bütün sovet agentləri ifşa olunub. Bu əməliyyata “rezidentlərin yığıncağı” adı verilib.

Agentlərin saxlanılması həqiqətən də Sovet İttifaqına ağır zərbə vurub, çünki Moskva Danimarka vasitəsilə 3-cü Reyx haqqında gizli məlumat alan kəşfiyyatçılarını itirib. Ulanovskinin təqsiri üzündən məxfi xidmətlər nasist Almaniyası haqqında məlumatların toplanması üçün yeni kanal yaratmalı olublar.

Rixard Zorge

8053fb51-301a-4529-b281-20268794065c.jpg (85 KB)

“Ramzay” ləqəbli casus Yaponiyanın SSRİ ilə bağlı planları haqqında sovet kəşfiyyatı üçün çox vacib məlumatlar əldə edib. Rixard Zorge 1933-cü ildən Yaponiyada olub. Məhz o, Stalinə yaponların 1941-ci ildə Sovet İttifaqına hücum etməyəcəklərini, əksinə, öz qüvvələrini ABŞ-yə yönəldəcəklərini bildirib.
Bu, SSRİ ordusunun baş qərargahına Uzaq Şərq və Sibir bölgələrindən Moskvaya qoşun köçürməsinə imkan verən mühüm məlumat olub. Yaponiyada yaşadığı dövrdə R.Zorge heç vaxt rus dilində danışmayıb və hətta oradakı sovet səfirliyinə ayaq basmayıb.

Gizli polis təşkilatının bir neçə radioqramın uğurlu ələ keçirilməsi sayəsində Yaponiya hakimiyyət orqanları Rixard Zorgenin başçılıq etdiyi sovet casuslarının bütöv bir qrupunu müəyyən edə bilib. Səkkiz illik kəşfiyyatçı fəaliyyətindən sonra R.Zorge gizli polis qurumunun cəmi bir neçə metrlik məsafəsində yerləşən evində həbs olunub. Bu, Pörl-Harbor əməliyyatından cəmi iki ay əvvəl, 1941-ci ilin oktyabrında baş verib.3a4eed43-5fa7-4d38-8672-6a5245213b2c.jpg (91 KB)

Sovet kəşfiyyat orqanları əbədi olaraq qorxmazlığı və cəsarəti ilə seçilən mühüm əməkdaşını əbədi olaraq itirib.

Türkiyədə uğursuz sui-qəsd cəhdi

1939-cu ildə Türkiyə ərazisində bu ölkəni Hitler koalisiyasının tərəfində müharibəyə sürükləmək istəyən Almaniya səfiri Frans fon Papenə qarşı sui-qəsd planlaşdırılıb. Diplomat Almaniya tərəfi ilə Qərbdəki bəzi dövlətlər hissəsi arasında Sovet İttifaqının təmsilçiliyi olmadan sülh müqaviləsinin bağlanmasi üçün münbit şərait yaratmalı idi.

Bu şəxs SSRİ-nin xarici siyasəti üçün ciddi təhlükə kəsb edib. Ona görə də onun məhv edilməsinə qərar verilib. Məxfi xidmətlər səfirin öldürülməsini nasistlərlə Türkiyə arasında hərbi gərginliyə töhfə verəcəyinə ümid bəsləyiblər.

315bd8dc-c724-41ed-81fd-dd981562298a.jpg (30 KB)

Amma plan istənilən nəticəni verməyib. 1942-ci ildə türk Ömər Tokat partlayıcı ilə səfirə yaxınlaşıb, lakin qurğu vaxtından əvvəl işə düşdüyü üçün terror aktı baş tutmayıb. Agent hadisə yerində ölsə də, diplomat və həyat yoldaşı cüzi xəsarət belə almayıb. Türklər sui-qəsd cəhdinə cəld reaksiya verib və terror aktında iştirak edənləri, demək olar ki, dərhal müəyyənləşdiriblər. Onların iki sovet kəşfiyyatçısı - Leonid Kornilov və Georgi Mordvinov olduğu ortaya çıxıb.

Yerli xüsusi xidmət orqanları hətta hər iki casusu ələ keçirmək üçün SSRİ konsulluğunu mühasirəyə alıblar. Nəticədə polislər tərəfindən tutulan hər iki şəxsə uzunmüddətli azadlıqdan məhrumetmə cəzası kəsilib. Ancaq onlar həbsdə cəmi 2 il yatıblar. Türkiyə daha sonra, II dünya müharibəsi zamanı SSRİ ilə ittifaqa girdiyi üçün agentlər məhum casuslar azad ediliblər və 1944-cü ildə öz vətənlərinə deportasiya olunublar.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR