İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papası taxt-tacdan imtina edə bilər

Papa Fransisk səhhətinin imkan vermədiyi halda öz sələfi XVI Benedikt kimi taxt-tacdan imtina edə bilər.

Musavat .com xəbər verir ki, bu barədə kardinal Canfranko Ravazi “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə deyib.

Bununla belə, o bildirib ki, Papa bu il Roma Katolik Kilsəsi tərəfindən qeyd edilən Xristianlığın Yubiley İlini sona çatdırmaq istəyir.

"Papa Fransisk vəzifəsini yerinə yetirməkdə çətinlik çəksə, seçimini edəcək. Düşünürəm ki, o, istefa vermək qərarına gələ bilər. Qərar vermək onun ixtiyarındadır. Son söz ona məxsusdur. Onun Yubiley İlini keçirmək arzusu böyükdür. Bu, onun üçün çox vacibdir", – deyə kardinal bildirib.

Qeyd edək ki, 88 yaşlı Papa Fransisk fevralın 14-dən xəstəxanadadır və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Kütləvi informasiya vasitələrində pontifikin gözlənilməz ölümü ilə bağlı çoxlu fərziyyələr var ki, bu da qarşıdan gələn konklav (Roma Papasının seçilməsi üçün keçirilən kardinal toplantısı) haqqında müxtəlif fərziyyələrə səbəb olur.

Taxtdan imtina ehtimalı da istisna edilmir. Xüsusilə, Papa Fransisk dəfələrlə bəyan edib ki, 2013-cü ildə son 600 il ərzində ilk dəfə könüllü şəkildə taxt-tacdan əl çəkən XVI Benedikt "öz varisləri üçün bir yol açıb".

O, hətta səlahiyyətini itirəcəyi halda qüvvəyə minəcək istefa ərizəsini dərhal imzaladığını açıqlamışdı. Fransisk bu sənədi keçmiş dövlət katibi Tarçizio Bertoneyə verdiyini bildirib, lakin hazırda onun harada olduğunu bilmir (güman edilir ki, sənəd hazırda Vatikanın dövlət katibi kardinal Pietro Parolindədir).

Papa Fransiskin səhhəti ilə bağlı ümidverici açıqlama isə İtaliya Yepiskoplar Konfransının rəhbəri, kardinal Matteo Dzuppidən gəlib:

"Hamımız narahatıq, lakin onun artıq ayağa qalxması, qəzet oxuması və ziyarətçiləri qəbul etməsi onun yaxşılaşdığını göstərir", – deyə kardinal bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR