Onlayn ictimai-siyasi qəzet
“Hazırda Ukrayna prezidentinin səfəri ilə bağlı məlumat yoxdur, amma belə bir səfər baş tutsa, məncə, bu, regional xarakter daşıyacaq”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb.
Simonyana “bu cür məlumatların xüsusi olaraq Rusiyanı Ermənistana qarşı qoymaq üçün yayıldığı” barədə sual verilib.
“Ermənistana qarşı hibrid müharibə çoxdan başlayıb, çox intensiv və açıq şəkildə aparılır. Xüsusilə, rus təbliğatçıları, o cümlədən erməni soyadlarını təhrif edənlər, təəssüflər olsun ki, tez-tez Ermənistanda mitinqlər, yürüşlər elan edir və bundan danışırlar. Ona görə də hibrid müharibə artıq təsdiqlənmiş faktdır”, - deyə Alen Simonyan suala bu cür cavab verib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ