Onlayn ictimai-siyasi qəzet
İranın Təl-Əvivə raket zərbəsi nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası yazır.
Qeyd olunub ki, İranın hücumu raketlər və pilotsuz uçuş aparatları ilə birgə həyata keçirilib.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrailin bir neçə şəhəri, o cümlədən Təl-Əviv atəşə tutulub. Binalardan birinə birbaşa zərbə endirilib, 30 nəfər yaralanıb.
Mərmilərdən biri ölkənin cənubunda yerləşən, İsraildə üçüncü böyük olan "Soroka" xəstəxanasının yaxınlığında düşüb. İlkin hesablamalara görə, təxminən 10 nəfər xəsarət alıb.
Bu arada İsrail İran hədəflərinə zərbələr endirməkdə davam edir. Xüsusilə, ağır sulu nüvə reaktorunun yerləşdiyi Xondab bölgəsinə hücum edilib. ISNA-nın məlumatına görə, radiasiya sızması təhlükəsi yoxdur.
İqbal RZAYEV,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ