Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya tərəfi İrana hava hücumundan müdafiə sahəsində birgə iş təklif edib. Musavat.com xəbər verir ki, o, bunu dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib: “Biz bir dəfə iranlı dostlarımıza hava hücumundan müdafiə sahəsində işləməyi təklif etmişdik, lakin tərəfdaşlar o qədər də maraq göstərmədilər”.
Görüşdə Rusiya prezidentinə Tehranla bağlanmış strateji tərəfdaşlıq sazişinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin və ya silahlarının İrana təhvil verilməsi imkanını nəzərdə tutub-tutmaması ilə bağlı sual verilib: “Qeyd etdiyiniz sazişə gəlincə, onda strateji tərəfdaşlıq haqqında, müdafiə sahəsi ilə bağlı heç bir maddə yoxdur. İranlı dostlarımız bunu tələb etmir də. Fərdi çatdırılmalara gəlincə, bəli, əlbəttə ki, biz bu çatdırılmaları bir neçə dəfə etmişik, lakin bu, heç bir halda bugünkü böhranla əlaqəli deyil”.
O, İranın Rusiyadan beynəlxalq hüquq normalarını pozacaq heç bir şey istəmədiyini vurğulayıb: "Biz həmişə beynəlxalq normalar çərçivəsində hərəkət etmişik".
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ