Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, İrandan İsrailə yenidən raket hücumu başlayıb.
Musavat.com xəbər verir ki, Təl-Əvivdə və ölkənin mərkəzi və şimalındakı digər şəhərlərdə həyəcan sirenaları eşidilib, bir neçə partlayış qeydə alınıb.
Yerli KİV-in məlumatına görə, ən azı 25-30 raket atılıb və İDF onların qarşısını alır.
Bildirilir ki, artıq azı 3 raket Quş Dana, daha biri isə Negevə düşüb. Bat Yam sakinləri də partlayış barədə məlumat veriblər. Təcili xidmətlər hadisə yerinə yola düşüb.
Musavat.com görüntüləri təqdim edir:
İqbal RZAYEV,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ