Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna arasında keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş son anda təxirə salınıb.
Musavat.com xəbər verir ki, "Sky News"un yaydığı məlumata əsasən, Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Londonda baş tutmalı olan görüşü təxirə salıblar. Görüşdə beş ölkənin yüksək vəzifəli rəsmilərinin bir araya gəlməsi nəzərdə tutulurdu.
Buna baxmayaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə Britaniyanın yeni xarici siyasət rəhbəri Devid Lemmi arasında ikitərəfli görüş keçiriləcəyi bildirilir. Təxirəsalmanın səbəbi barədə rəsmi açıqlama verilməsə də, proseslərin diplomatik kulislərdə müzakirə edildiyi qeyd olunur.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ