Onlayn ictimai-siyasi qəzet
"İndi də sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb. Səhifələr açıb guya xəstə uşaqları üçün pul yığırlar. Status yazan kimi bütün şərhlərin altında yazıb pul istəyirlər: "qara siyahı"ya atırsan, səhəri başqa səhifədən yazırlar".
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.
Sənətçi sosial şəbəkədə pul yığanları tənqid edib:
"Belələrinin üzündən real ehtiyacı olanlara da kömək etmək istəmir heç kəs. Bəsdirin də... Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir elə bil. Hər gün nə qədər insan aldadılır: hərəsi də bir bəhanə ilə".
Könül
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ