Onlayn ictimai-siyasi qəzet
"Ukrayna danışıqlarda mövqeyini gücləndirmək üçün Kursk vilayətində hücuma başlayıb".
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Kursk vilayətindəki döyüşləri şərh edərkən deyib.
Podolyak Ukrayna Silahlı Qüvvələrinin hədəflərini də açıqlayıb.
Onun sözlərinə görə, Rusiyanın ərazi, insan və texnikanı itirməsi danışıqlara müsbət təsir göstərəcək.
Podolyak telemarafonda deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə doğru irəliləməsi rusları qorxudacaq və onların Vladimir Putinə münasibətini pisləşdirəcək:
“Onlar qorxudan başqa bir şeyə reaksiya verirlərmi? Xeyr, biz bunu nəhayət dərk etməliyik. Rusiya Federasiyası istənilən güzəşti sizin zəifliyiniz və onun qarşısında diz çökməyə hazır olduğunuz kimi qəbul edəcək”.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ