İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xarkovda uşaqları hədəf aldı: Zelenski SƏRT AÇIQLAMA VERDİ

Ukrayna prezidenti Volodimir Zelenski Xarkovdakı uşaq bağçasına pilotsuz aparatlarla endirilən Rusiya zərbələrini şərh edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hücum nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb, bütün uşaqlar isə təxliyə edilib.

Zelenski bildirib ki, bu cür hücumlar “sülh yolu ilə nizamlanmanı dəstəkləyən hər kəsə sillədir”:

“Rusiyanın Xarkovdakı uşaq bağçasına PUA ilə hücumu genişmiqyaslı gecə hücumundan sonra baş verib. Təəssüf ki, bir nəfər həlak olub, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hazırda yeddi yaralı tibbi yardım alır. Bütün uşaqlar təxliyə edilib və sığınacaqlara yerləşdirilib. İlkin məlumata görə, onların çoxunda kəskin stress reaksiyası müşahidə olunur.

Uşaq bağçasına zərbə endirməyin heç bir bəraəti yoxdur və ola da bilməz. Aydındır ki, Rusiya getdikcə daha da cəsarətlənir. Bu hücumlar sülh istəyən hər kəsə sillədir.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR