İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin maaşı AÇIQLANDI: 2024-cü ildə Ukrayna prezidenti BU QƏDƏR QAZANIB

2024-cü ildə Ukrayna prezidenti Volodimir Zelenskinin maaşı ayda 28 min qrivna (664.08 dollar) təşkil edib. Müavinətlər, mükafatlar və prezidentin maaşının digər komponentləri müəyyən edilməyib.

Musavat.com xəbər verir ki, bu barədə "Kanal 24" məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna prezidentinin 2024-cü ildə ümumi maaşı 336 min qrivna (7968 dollar) olub və bu məbləğdən 66 500 qrivna vergi və digər ödənişlər tutulub.

Həmçinin Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın maaşı da məlum olub. 2024-cü ildə Yermak bu vəzifədə ümumilikdə 582 255 qrivna qazanıb. Bu müddət ərzində o, 115 525,65 qrivna məbləğində vergi ödəyib. Onun aylıq vəzifə maaşı isə daha çox 121 270 (2876 dollar) qrivna təşkil edib.

Dünyanın ən yüksək maaş alan dövlət başçıları:

Dünyada ən çox maaş alan ölkə lideri Sinqapurun baş naziri Lourens Vonqdur. Siyasətçinin maaşı ildə təxminən 1,69 milyon ABŞ dollarıdır.  Ən çox qazanan dünya liderləri siyahısında ikinci yeri İsveçrə prezidenti Viola Amherd tutub. Onun maaşı ildə 569,5 min dollardır.

Üçüncü yerdə ildə 412,5 min dollar maaşla Avstraliyanın baş naziri Entoni Albanizin adı qərarlaşıb. Ondan sonra illik gəliri 400 min dollar olan ABŞ prezidenti Co Baydenin adı yer alıb.

Siyahıda beşinci yerdə ildə 316,7 min dollar maaş alan Avstriya kansleri Karl Nehammerin adı qərarlaşıb. Altıncı yeri illik gəliri 310,5 min dollar olan Yeni Zelandiyanın baş naziri Kristofer Lakson tutur. Sonrakı yeri illik 310,5 min dollar maaşla Kanadanın baş naziri Castin Trüdo tutur. Almaniya kansleri Olaf Şolts reytinq siyahısında səkkizinci yerdədir. Onun illik gəliri 293,3 min dollardır.

Doqquzuncu yerdə ildə 276,4 min dollar maaşla Yaponiyanın baş naziri Siqeru İsibadır. İrlandiyanın baş naziri Simon Harris ən yüksək illik gəliri olan ilk onluğu bağlayır. Onun illik gəliri 267,3 min dollardır.

Rusiya prezidenti Vladimir Putin bu reytinqdə 28-ci yeri tutur. Onun maaşı 113,6 min ABŞ dolları - illik 10,2 milyon rubl təşkil edir.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR