Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın dövlət katibi Marko Rubionun başçılıq etdiyi nüfuzlu tərəfdarları son günlər artan hərbi təzyiq vasitəsilə Venesuelada Nikolas Maduronu devirmək üçün səylərini gücləndiriblər. Musavat.com xəbər verir ki, bu məlumatı “The New York Times” ABŞ rəsmilərinə istinadən yayıb.
Qəzetin yazdığına görə, eyni zamanda milli təhlükəsizlik müşaviri vəzifəsini də icra edən Rubio CIA kəşfiyyat məlumatlarından istifadə edərək daha aqressiv strategiya hazırlayır. Dövlət katibi təkid edir ki, “Maduro ABŞ-a narkotik ixracına nəzarət edən qeyri-qanuni liderdir” və bu, “mütləq təhlükə” yaradır. Bu mövqe CIA direktoru Con Ratcliffe və Trampın daxili siyasət üzrə baş müşaviri Stiven Miller tərəfindən dəstəklənir.
Bildirilir ki, ABŞ ordusu birbaşa Venesuela daxilində narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxsləri hədəf alan əməliyyat üçün planlar hazırlayır, lakin Ağ Ev belə bir addımı hələ təsdiqləməyib. Tramp administrasiyası 2020-ci ildə ona qarşı irəli sürülən ittihamı əsas gətirərək Maduronun istefasını narkotik ticarəti ilə mübarizə əməliyyatı kimi qiymətləndirir.
NYT-nin məlumatına görə, Venesuela müxalifəti artıq Vaşinqtonla Maduronun hakimiyyətdən uzaqlaşdırılması imkanlarını müzakirə edir.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ