İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Tramp görüşünün ŞOK DETALLARI – Mətbuat yaxın buraxılmadı

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, Zelenski və Tramp arasında görüş 40 dəqiqədən çox davam edib.

Görüşdən sonra jurnalistlər liderlərin yanına buraxılmayıb və heç bir açıqlama verilməyib.

Daha əvvəl UNİAN yazıb ki, sammitin təşkilatçıları NATO Zirvə Toplantısının proqramını Trampa uyğunlaşdırmaq məqsədilə qısaldıblar. Xüsusilə, Trampı narahat etməmək üçün Ukrayna–NATO Şurasının iclasının keçirilməməsinə qərar verilib.

Sammitin yekun kommünikesində də alyans ölkələrinin Rusiya ilə bağlı ritorikasının xeyli yumşaldıldığı görünür ki, bu da açıq şəkildə ABŞ prezidentinə bir güzəşt kimi qiymətləndirilə bilər. Sənəddə Rusiya "alyans üçün uzunmüddətli təhlükə" kimi xarakterizə olunur, lakin Ukraynanın gələcəkdə NATO-ya üzv olacağı barədə heç bir qeyd yoxdur. Halbuki, əvvəlki illərdə bu məsələ müxtəlif formullarla yekun sənədlərə daxil edilirdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR