Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda yaradılan və məzənnəsi Rusiya rubluna bağlı olan ilk kriptovalyuta Rusiyanın sanksiyalardan yayınmasında alətə çevrilib.
Musavat.com xəbər verir ki, bu nəticəyə "Financinal Times"ın araşdırmasında gəlinib.
Araşdırmaya görə, kriptovalyuta dövriyyəyə buraxıldıqdan cəmi dörd ay sonra xüsusi kriptovalyuta birjasına 9 milyard dollardan çox pul köçürülb.
Söhbət fevral ayında Qırğızıstanda rəsmi satışa çıxarılan A7A5 tokenindən gedir.
Bildirilir ki, bu addım Qərbin məhdudiyyətləri ilə ciddi şəkildə çətinləşən Rusiyaya və Rusiyadan irimiqyaslı maliyyə axınını asanlaşdırmaq üçün atılıb. A7A5 şirkətinin direktoru Leonid Şumakovun dediyinə görə, yeni kriptovalyuta ona görə Qırğızıstanda istifadəyə verilib ki, ölkə "Rusiya Federasiyasına edilən təzyiqin öhdəsindən gəlməyə kömək edir".
Nəşrin məlumatına görə, qısa müddətdə Qırğızıstanda yeni yaradılmış Grinex birjasından 9,3 milyard dollarlıq token keçib.
A7A5 şirkəti əmin edir ki, hər bir token Moskvanın Promsvyazbank-dakı rubl depozitləri ilə dəstəklənir. Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı səbəbindən ABŞ, Böyük Britaniya və Aİ tərəfindən sanksiyalar altında olan müdafiə sektoru bankıdır.
Qeyd edilir ki, hazırda dövriyyədə 12 milyard token var ki, bu da 156 milyon dollara bərabərdir. Token nisbətən kiçik bir istifadəçi qrupu tərəfindən istifadə olunur, lakin onların gündəlik köçürmələri bu məbləği əhəmiyyətli dərəcədə üstələyir.
Bundan əlavə, Londondan olan qeyri-kommersiya tədqiqat qrupu olan İnformasiya Dayanıqlığı Mərkəzinin yeni hesabatına əsasən, yeni kriptovalyuta Moskva tərəfindən xaricdə siyasi təsir kampaniyalarını maliyyələşdirmək üçün istifadə oluna bilər.
Belə ki, ekspertlər müəyyən ediblər ki, Moldovada siyasi təsir əməliyyatları ilə bağlı bir sıra saytlar A7 (əvvəlcə tokenin arxasında olan şirkət) və A7A5 saytları ilə eyni IP ünvanından istifadə ediblər. Bundan əlavə, A7-nin səhmlərinin əksəriyyəti, Rusiya reyestrlərinə görə, rusiyapərəst adlandırılan oliqarx İlan Şora məxsusdur.
Öz növbəsində, A7A5 bildirib ki, o, "erkən A7 texniki qrupu ilə əməkdaşlıq etsə də", inkişaf strategiyasının fərqli baxışlarına görə keçən ay "əlaqələri kəsib".
Rus istifadəçiləri Tron və ya Ethereum blokçeynlərində A7A5 tokenlərini ala və sonra Tether-dən USDT (dollara bağlanmış kriptovalyuta) almaq üçün istifadə edə bilərlər. Oradan istifadəçi istədiyi ölkədə və ya valyutada dəyəri çıxara bilər.
A7A5-in rəhbəri, A7A5 token sahiblərinin əhəmiyyətli bir hissəsinin Rusiya idxalçıları olduğunu etiraf edir.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ