Onlayn ictimai-siyasi qəzet
Ali Məhkəmədə ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiyası məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.
Musavat.com xəbər verir ki, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun sədrliyi ilə aparılan iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Apellyasiya instansiyası məhkəmələrinə kassasiya instansiyasının qərarlarında əksini tapan hüquqi mövqelərə riayət edilməsi və bu mövqelərin vahid hüquqi yanaşmalarla tətbiq olunması barədə tövsiyələr verilib.
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ