Onlayn ictimai-siyasi qəzet
Bu gün saat 16:56 radələrində 28 nəfər (13-ü kişi, 15-i qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"Report"un Qərb bürosu xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.
***
Tovuzda qidadan zəhərlənən digər şəxslərin adları məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Qədir Yusofov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.
Qeyd edək ki, zəhərlənənlərin sayı 26 nəfərə çatıb.
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ