Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış və sevilən aktrisası Ezgi Mola iki illik evliliyinə son qoyduğunu rəsmən elan edib.
Musavat.com bildirir ki, bu barədə aktrisa şəxsi sosial media hesabında məlumat yayıb.
Ezgi Mola paylaşımında qeyd edib ki, həyat yoldaşı ilə birgə aldıqları bu qərar qarşılıqlı anlaşma və hörmət çərçivəsində verilib.
O, münasibətlərindən ən dəyərli xatirə kimi oğulları Canın qaldığını vurğulayıb:
“İki illik evliliyimizi bitirmək qərarına gəldik.
Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi Can oldu.
Onunla ən gözəl şeyləri yaşamaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.
Bu prosesin davamında dostluğumuza zərər vermədən, bir-birimizi incitmədən, üzmədən yanımızda olacağıq”.
Aktrisa, yayılan şayiələrə inanılmaması üçün də izləyicilərinə çağırış edib:
“Bizdən eşitmədiyiniz heç bir şeyə inanmayın. Olur ki, kimsə mənasız şeylər danışar deyə, bunu deməyə ehtiyac hiss edir insan. Bu mövzuda həssaslığınızı rica edirik”.
Xatırladaq ki, Ezgi Mola və iş adamı Mustafa Aksakallı 2023-cü ilin may ayında nikah masasına oturublar. Cütlüyün həmin ilin noyabr ayında Can adını verdikləri bir oğulları dünyaya gəlib. Onların ayrılığı sənət aləmində və mediada geniş rezonans doğurub.
Xalidə Gəray,
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ