İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın siyasi çıxışları "Tesla"nı BATIRDI

May ayında Avropa İttifaqında "Tesla" elektrik avtomobillərinin satışı keçən ilin eyni dövrü ilə müqayisədə 40,5% azalaraq 8,7 min avtomobil təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.

Beləliklə, "Tesla" markasının satışları artıq ardıcıl beşinci aydır ki, azalır.

Yanvar-may ayları arasında "Tesla"nın Aİ-dəki satışları 45,2% azalaraq 50,4 min avtomobilə enib. Azalmanın səbəbləri kimi model çeşidinin köhnəlməsi və İlon Maskın siyasi baxımdan mübahisəli çıxışları göstərilir. Bu çıxışlar bəzi alıcılar arasında narazılığa səbəb olub.

Eyni zamanda ümumi avtomobil bazarında artım müşahidə olunur: Aİ-də may ayında yeni avtomobil satışları 1,6% artaraq 926,6 min ədədə çatıb. Elektromobil satışları 25% artaraq 142,8 min ədəd təşkil edib və onların bazar payı 12,1%-dən 15,4%-ə yüksəlib. Hibrid avtomobillərin də bazar payı 29,8%-dən 34,1%-ə qədər artıb.

Benzin və dizel avtomobillərin satışları isə azalmağa davam edir: may ayında onların bazar payı cəmi 37,7% olub, halbuki ötən il bu rəqəm 48,6% idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR