Onlayn ictimai-siyasi qəzet
İrəvanın Nor Nork rayon məhkəməsinin qarşısında gərgin vəziyyət yaranıb.
Musavat.com xəbər verir ki, burada baş yepiskop Baqrat və “Müqəddəs Mübarizə” hərəkatının üzvləri ilə bağlı məhkəmə qərarı gözlənilir.
Ermənistan İstintaq Komitəsi daha əvvəl məhkəməyə 16 nəfərin həbs olunması ilə bağlı vəsatət təqdim edib. Onlar terror aktına hazırlıq və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamı ilə saxlanılıblar.
Hazırda məhkəmə binası hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Toplaşan vətəndaşlar məhkəmənin ədalətli qərar verəcəyinə ümid etdiklərini bildirirlər.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ