Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin gələn həftə Braziliyada keçiriləcək BRİKS sammitində iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, məlumatı Reuters-ə barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Onun sözlərinə görə, səbəb Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarıdır.
Putin sammitə videobağlantı vasitəsilə qatılacaq: "Bu, ICC-nin tələbləri kontekstində müəyyən çətinliklərlə bağlıdır. Bu baxımdan, Braziliya hökuməti bizim prezidentimizin bu görüşdə iştirakına imkan verəcək dəqiq mövqe tuta bilmədi".
Qeyd olunur ki, BRİKS sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. South China Morning Post-un məlumatına görə, tədbiri Çin prezidenti Si Cinpin də buraxacaq.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ