İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda 36 yaşlı qadın İTKİN DÜŞDÜ

Goranboyda 36 yaşlı qadın itkin düşüb.

Musavat.com-un xəbərinə görə, Goranboy rayon Yeniyol kənd sakini, 1989-cu il təvəllüdlü Qarayeva Samirə Əbülfət qızı iyunun 12-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinin 022 245 30 72 şəhər və 055 885 66 02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR