İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya görə HƏRƏKƏTƏ KEÇMƏK İSTƏYİRLƏR

Volodimir Zelenski bəyan edib ki, Ukrayna və Avropa ölkələri ABŞ-a, xüsusilə də prezident Donald Trampa “Tomahavk” qanadlı raketlərin mümkün tədarükü ilə bağlı birgə mövqedən çıxış etməyi planlaşdırırlar.

Musavat.com “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərlə görüşündə danışıb.

Zelenskinin sözlərinə görə, Tramp Rusiya ilə eskalasiyanın qarşısını almaq məqsədilə Vladimir Putinlə görüşənədək Ukraynaya “Tomahavk” raketləri vermək istəmir. O əlavə edib ki, məhz uzaqmənzilli raket məsələsi Putini Trampla birbaşa əlaqə saxlamağa vadar edib.

“Avropa ölkələrində də “Tomahavk” raketləri var. Amma məsələ təkcə bu silahların mövcudluğunda deyil, onların necə istifadə edilməsindədir. Çünki ATACMS raketiniz ola bilər, amma əsas sual onların necə və harada tətbiq ediləcəyidir”, - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri bildirib ki, bu raketlərin istifadəsi yalnız hərbi obyektlərə qarşı və müttəfiqlərlə razılaşdırılmış şəkildə həyata keçiriləcək.

Zelenski həmçinin qeyd edib ki, Avropa liderləri Trampla keçirdiyi görüşdən sonra öz təşəbbüsləriylə bu məsələ ilə bağlı Vaşinqtona müraciət etmək istəyirlər. Onun sözlərinə görə, Ukrayna Avropa ölkələrinin milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə daimi təmasdadır və ABŞ-a bu istiqamətdə müxtəlif formatlarda müraciət etməyi davam etdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR