Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin təhlükəsizlik zəmanətləri üçün üç əsas istiqaməti təqdim edib.
Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, bu bloklar aşağıdakılardır:
Ordu – hərbi qulluqçuların sayının qorunması və silah tədarükü;
NATO – təcavüz təkrarlanacağı halda tərəfdaşların yardım mexanizmləri;
Sanksiyalar – Rusiyaya təzyiq və dondurulmuş aktivlərin Ukraynanın bərpası üçün istifadəsi.
Zelenski əlavə edib ki, Ukraynanın müttəfiqləri Rusiyanın 1 sentyabradək ikitərəfli görüşə hazır olub-olmadığını nümayiş etdirməsini gözləməyə razılıq veriblər.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ