İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski müharibənin 3-cü ildönümü ilə bağlı xüsusi paylaşım edib  

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlanmasının üçüncü ildönümü ilə bağlı sosial media hesabında xüsusi paylaşım edib.

Musavat.com xəbər verir ki, Zelenski paylaşımında Ukrayna xalqının göstərdiyi müqaviməti, qəhrəmanlığı və vətənə sədaqətini vurğulayıb:

“Üç il müqavimət. Üç il minnətdarlıq. Üç il ukraynalıların mütləq qəhrəmanlığı. Ukrayna ilə qürur duyuram! Onu qoruyan və kömək edən hər kəsə təşəkkür edirəm. Ukrayna naminə çalışan hər kəsə təşəkkür edirəm. Dövlətimiz və xalqımız uğrunda həyatını qurban verənlərin əziz xatirəsi daim anılacaq.”

Zelenski paylaşımına Ukrayna bayrağı emojiləri də əlavə edərək, ölkəsinin mübarizəsini və müstəqilliyini qorumaq üçün apardığı mücadilənin davam etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR