İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”

“Bir ay ərzində Ukrayna ordusu İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv edib”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsallı pilotsuz uçan aparatı məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri sayəsində vurulub”-deyə, o bildirib.

Onun sözlərinə görə, 19 oktyabr tarixində Rusiya hərbçiləri öz zərbələri ilə Ukraynada üç enerji infrastrukturu obyektini məhv ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR