İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya İranın Kosmik Agentliyinə və 6 rəsmisinə qarşı sanksiya tətbiq etdi

Britaniya İranın Kosmik Agentliyinə və 6 İran rəsmisinə qarşı sanksiya tətbiq edib. 

Musavat.com xəbər verir ki, bu barədə Azad İran telegram kanalı məlumat yayıb.  

Məhdudiyyətlərə Britaniyaya giriş qadağası və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.

Səbəb sanksiyaya məruz qalan hərbi liderlərin “İsrailin rifahını və ya təhlükəsizliyini pozmağa yönəlmiş fəaliyyətlərlə məşğul olmaları” olub.

İranın “Fərzanegan” konstruktor bürosuna və onun baş mühəndisi Hüseyn Purfərzaneyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR