İnsanlara hürriyət, millətlərə istiqlal!

Oktay Əliyevin qəzaya düşdüyü avtomobilin SON GÖRÜNTÜSÜ

Sosial şəbəkələrdə yayılan görüntülər diqqət çəkib.

Sözügedən videoda televiziya prodüseri, rejissor Oktay Əliyevin qəzaya düşdüyü avtomobil yer alıb.

Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, mərhum Oktay Əliyevin avtomobilin son görüntüsü paylaşılıb. Baş verən qəzanın ağırlığı bir daha nəzərə çarpıb.

Xatırladaq ki, 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülən Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Onun idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Avtomobildə onunla yanaşı, Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva olub. Onlar yüngül xəsarətlərlə qəzadan qurtulublar.

"MilliShow" instagram hesabında paylaşın həmin videonu təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR