Onlayn ictimai-siyasi qəzet
Volodimir Zelenski Rusiyanın yeni hücumunun qarşısını almaq üçün müharibə bitdikdən sonra Avropa İttifaqından yüz minlərlə sülhməramlının Ukraynaya göndərilməli olduğunu deyib.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski Davosdakı Dünya İqtisadi Forumunda danışıb.
“Ən azı 200 min! Bu, minimumdur, əks halda heç nə olmayacaq”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, bu rəqəm təxminən Fransa silahlı qüvvələrinin sayına bərabərdir. “Financial Times”ın yazdığına görə, NATO-nun Avropada 1,9 milyon əsgəri var, amma Ukraynaya 300 mindən çox əsgər göndərmək onlar üçün çətin olacaq. Çünki belə bir kontingenti hazırlamaq aylar çəkəcək.
Zelenski deyib ki, sülh danışıqları zamanı Rusiya Ukraynanın NATO-ya qəbul edilməməsini və Ukrayna ordusunun sayının “beş dəfə” azaldılmasını tələb etmək niyyətindədir.
“Biz buna imkan verməyəcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ