İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ABŞ-da ikitərəfli görüşlər keçirdi: Tramp, Senat və təhlükəsizlik məsələləri gündəmdə - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda ABŞ Senatının ikipartiyalı nümayəndə heyəti ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə Ukraynaya hərbi yardımın davam etdirilməsi, bu istiqamətdə yeni qanunvericilik təşəbbüsləri, eləcə də Prezident Donald Trampla gözlənilən görüş müzakirə edilib. 

Zelenski Telegram hesabında bildirib ki, danışıqlarda əsas diqqət Ukrayna üçün ədalətli və dayanıqlı sülhə nail olmaq, müharibənin başa çatması üçün rəsmi Kiyevin baxışlarını çatdırmaq və təhlükəsizlik təminatları məsələsinə yönəlib.

“Biz ABŞ kimi strateji tərəfdaş və dostlarımızla qürur duyuruq. Son üç il ərzində Rusiya təcavüzü fonunda Ukraynaya göstərilən dəyişməz iki palatalı və iki partiyalı dəstəyə görə minnətdarıq,” – Zelenski vurğulayıb.

Xatırladaq ki, Ukrayna liderinin ABŞ səfəri çərçivəsində Prezident Tramp ilə görüşü də nəzərdə tutulub. Bu görüşün nəticələri xüsusilə təhlükəsizlik təminatları və hərbi yardım baxımından vacib hesab edilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR