İnsanlara hürriyət, millətlərə istiqlal!

Regional turizm şuralarının işçi qruplarının iclasları keçirilib

28-29 oktyabr tarixlərində Qəbələ və Qax-Balakən Regional Turizm Şuralarının işçi qruplarının iclasları keçirilib.

Görüşlərdə turizm şuralarının əhatə etdiyi rayonlar üzrə fəaliyyət göstərən dövlət qurumlarının yerli nümayəndəlikləri, eləcə də turizm sahəsi ilə birbaşa və ya dolayısı ilə bağlı olan dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.

Görüşlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək şuraların yaradılmasının regionun sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri və şuraların sədri Kənan Quluzadə çıxışında regional turizm şuralarının yaradılmasının məqsədi və onların fəaliyyətini tənzimləyən normativ-hüquqi baza barədə məlumat verib. O, qeyd edib ki, bu təşəbbüs dövlət strukturları ilə özəl sektor arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə və turizm sahəsində effektiv əməkdaşlığın formalaşmasına xidmət edəcək.

Görüşlər çərçivəsində şuraların əsas fəaliyyət istiqamətləri, regionlarda turizmin davamlı inkişafını dəstəkləyəcək birgə təşəbbüslərin həyata keçirilməsi, müxtəlif dövlət qurumları arasında koordinasiyanın təmin olunması və çevik qərarvermə mexanizmlərinin gücləndirilməsi kimi məsələlər müzakirə edilib.

Həmçinin regionlarda turizm infrastrukturunun təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və yerli icmaların turizm fəaliyyətinə cəlb edilməsi üzrə təqdimatlar edilib, eləcə də növbəti mərhələdə həyata keçiriləcək layihələrin əsas istiqamətləri razılaşdırılıb.

Qeyd edək ki, regional turizm şuraları turizm fəaliyyətinin səmərəli idarə olunması, turizm sahəsində mövcud çağırışlara çevik həllərin tapılması, yerli səviyyədə koordinasiyanın genişləndirilməsi, həmçinin dövlət və özəl sektor arasında qarşılıqlı səmərəli əməkdaşlığın gücləndirilməsi məqsədilə formalaşdırılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR